10 Mart 2018 12:03
253
Elm və texnika
A- A+

“Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium işini yekunlaşdırıb

Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumun bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli simpoziumun Heydər Əliyev Fondu, AMEA, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirildiyini deyib. Diqqətə çatdırılıb ki, simpoziumda Türkiyə, Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, İran, Qazaxıstan və Özbəkistandan qonaqlar iştirak ediblər.

Qeyd edilib ki, simpozium çərçivəsində Bakıda “Muğam Şərq lad sisteminin milli interpretasiyaları”, “Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya”, “Muğam – makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi”, “Muğam yaradıcılığı elm və sənətin qovşağında”, “Muğamın inkişaf yolları – tarix və müasirlik”, Gəncədə isə “Azərbaycan muğamın konseptual mahiyyəti, dil və ritmik özəllikləri” mövzularında bölmə iclasları təşkil olunub.

İ.Həbibbəyli vurğulayıb ki, bölmələrdə muğam sənətinin tarixi inkişaf prosesi, formalaşması, janr xüsusiyyətləri və digər istiqamətlərdə geniş müzakirələr aparılıb.

Sonra simpoziumun bölmə rəhbərlərinin hesabatları dinlənilib. Məruzələr ətrafında aparılan müzakirələr və əldə olunan nəticələr haqqında məlumat verilib.

Tədbirdə çıxış edənlər simpoziumun əhəmiyyətindən danışıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video