Alternative content

06:08 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
ANA SƏHİFƏ / Birinci vitse-prezident
11:03 09.03.2018

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə bugünədək görülən işlər, xəstələrin müalicəsi barədə məlumat verilib.

Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov 2009-cu ildən istifadəyə verilən Mərkəzin bu xəstəliyə düçar olanların müalicəsində mühüm rol oynadığını, xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstək olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Talassemiya Mərkəzində aparılan islahatlar, talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində görülən işlər, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üçün hazırlanmış tədbirlər talassemiyalı xəstələrin müalicəsində, eyni zamanda, profilaktikasında əhəmiyyətli rol oynayır.

Azərbaycan Prezidentinin imzaladığı müvafiq Fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verilməsinin Mərkəzin fəaliyyətinin genişləndirilməsi və talassemiyalı xəstələrlə yanaşı, digər qan xəstələrinə xidmət göstərilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzdə müalicə olunan uşaqlarla söhbət edərək, onların müalicəsinin gedişi ilə maraqlanıb.

Mehriban Əliyeva səhiyyə və sosial məsələlərin Heydər Əliyev Fondunun fəaliyyətində prioritet təşkil etdiyini, bu baxımdan da talassemiyalı xəstələrin müalicəsinə, o cümlədən bu xəstəliyin profilaktikası üzrə maarifləndirmə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə öz dəstəyini verdiyini bildirib.