09 Mart 2018 08:03
292
Elm və texnika
A- A+

Bilik Fondu texniki peşə məktəblərində maarifləndirmə tədbirlərinə xüsusi diqqət yetirir

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə martın 9-da Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, mərkəzin direktoru Qalib Həsənov təlim-tədris müəssisəsinin əldə etdiyi uğurlardan danışıb, kollektivdə gənclərin hərtərəfli inkişafına mühüm diqqət yetirildiyini, bu istiqamətdə fond ilə agentliyin əməkdaşlığının davamlı və əhəmiyyətli olduğunu bildirib.

Fondun lektoru, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elmira Cəfərova “1918-ci ildə ermənilərin Bakı və Şamaxıda tarixi abidə, dini ibadətgahlara qarşı törətdikləri vandalizm aktlarının araşdırılması və onların bərpası istiqamətində AXC Hökumətinin fəaliyyəti” mövzusunda mühazirə ilə çıxış edib. Cəmi 23 ay ömür sürmüş AXC-nin mədəniyyət sahəsində önəmli qərarlar qəbul etdiyini, erməni daşnaklarının 1918-ci ildə Bakıda planlı şəkildə talan və qarət edib dağıtdığı tarixi, dini abidələrin əvvəlki görkəminin bərpa olunduğunu faktlarla diqqətə çatdırıb. Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin, İsmailiyyə Sarayının ilk növbədə bərpa edildiyi, memarlıq və heykəltəraşlıq sənətini inkişaf etdirmək üçün Bakı Politexnik Məktəbinin nəzdində heykəltəraşlıq sinfinin açıldığı, erməni millətçilərinin basqını nəticəsində xarabalığa çevrilmiş Şamaxı şəhərinin o dövrdə şəhərin baş memarı vəzifəsində çalışan görkəmli memar Zivər bəy Əhmədbəyovun layihələri əsasında yenidən tikilib bərpa olunduğu, hökumət və cəmiyyətin diqqətini bu məsələlərə yönəltmək üçün “Yeni Şirvan cəmiyyəti”, “İslam incəsənətini sevənlər və qoruyanlar cəmiyyəti”nin yaradıldığı, Şirvanşahlar Sarayı kompleksinin tədqiqinə başlanıldığı və onlarla digər belə tədbirlərin həyata keçirildiyi bildirilib.

Cümhuriyyət ideyalarının bu gün müstəqil Azərbaycanda uğurla davam etdirildiyi çoxlu sayda faktlarla diqqətə çatdırılıb.

Daha sonra tarixçi alim dinləyicilərin suallarını cavablandırıb.

Digər çıxış edənlər bu cür görüşlərin əhəmiyyəti vurğulayıblar.

Tədbirdə mərkəzin dinləyicilərinin hazırladıqları “Cümhuriyyətimiz – qürurumuzdur” sənədli filmi nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video