Alternative content

03:27 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Belarusun təhsil nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb
Azərbaycan və Belarusun təhsil nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb
ANA SƏHİFƏ / Təhsil
08:03 07.03.2018

Təhsil nazirinin müavini Firudin Qurbanov Belarusun Təhsil Nazirliyi və bu ölkənin aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə edilib.

Firudin Qurbanov ölkələrimiz və xalqlarımız arasındakı ümumi oxşarlığın əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də Azərbaycan və Belarus arasında əməkdaşlıq inkişaf etməkdədir. Azərbaycan və Belarus dilləri hər iki ölkənin universitetlərində qarşılıqlı şəkildə təbliğ olunur, iki dövlətin təhsil müəssisələri arasında əlaqələr genişlənir.

F.Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonaqlara məlumat verib və onların suallarını cavablandırıb.

Sonra Azərbaycan və Belarusun təhsil nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

Görüşdə Belarus Respublikasının Təhsil Nazirliyinin məsul əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, prorektorları, bu ölkənin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM