07 Mart 2018 08:03
353
Elm və texnika
A- A+

Tarix İnstitutu: Ermənilər Şimali Azərbaycana “Türkmənçay”ın şərtlərinə əsasən köçürülüb

Martın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın genişləndirilmiş iclası keçirilib.

Tarix İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, elmi şurada “Türkmənçay müqaviləsi və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” məsələsi müzakirə edilib.

Tədbirdə institutun direktoru, akademik Yaqub Mahmudov Azərbaycan xalqının terrora, soyqırımlarına və deportasiyalara ən çox məruz qalmış xalqlardan biri olduğunu deyib. Qeyd edib ki, 200 ildir xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb.

“1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsi və 1829-cu il Ədirnə müqaviləsi ilə ermənilərin Osmanlı imperiyası və Qacarlar İranından köçürülməsinin əsası qoyuldu. Erməni köçlərini bütün yol boyunca çar Rusiyasının mühafizə dəstələri müşayiət edir, onlara adambaşına pul və ərzaq paylanır, köç üçün nəqliyyat ayrılır, ən münbit Azərbaycan torpaqları onlara verilir və bütün vergilərdən azad olunurdular. Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri budur ki, tanınmış rus rəssamı Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr edib”, - deyə Yaqub Mahmudov bildirib.

Akademik bildirib: “Çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında yeni bir etnos - erməni etnosunu məskunlaşdırdı. Ermənilər bura I Pyotrun göstərişindən sonra Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülmüş etnosdur. Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gələn əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir”.

İnstitut direktorunun sözlərinə görə, Osmanlı imperiyası və Qacarlar İranının bəzi dairələri ermənilərin Cənubi Qafqaza köçürülməsinə etiraz ediblər.

Xatırladaq ki, tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”.

İclasda tarixçi alimlər Kərim Şükürov, Hacı Həsənov, Ənvər Məmmədov, Elçin Qarayev, Vidadi Umudlu, Ramil Niftəliyev, Zeynəb Qafarova, Sahibə Budaqova və başqaları çıxış edərək bildiriblər ki, ermənilər Cənubi Qafqaza gətirilmə etnosdur və bugünkü Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video