Alternative content

01:44 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “ADA” Universitetində magistrant olmaq istəyənlər üçün “açıq qapı” günü təşkil olunub
“ADA” Universitetində magistrant olmaq istəyənlər üçün “açıq qapı” günü təşkil olunub
ANA SƏHİFƏ / Elm və texnika
05:03 07.03.2018

Martın 7-də “ADA” Universiteti magistratura təhsili ilə maraqlananlar üçün “açıq qapı” günü təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə magistratura imtahanının birinci mərhələsindən uğurla keçən abituriyentlər iştirak ediblər.

Tədbirdə “ADA” Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal iştirakçılara bu ali məktəb, akademik proqramlar, pedaqoji heyət, tələbə həyatı, təcrübə imkanları və Karyera Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib, qəbul şərtlərini izah edib.

Vurğulanıb ki, 2018-2019-cu tədris ilində “ADA” Universiteti diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə edilməsi (MBA), təhsil üzrə menecment ixtisasları üzrə iki illik magistr proqramlarını təklif edir. Tədris ingilis dilində aparılır. Dərslər həftədə üç dəfə axşam saatlarında keçirilir.