Alternative content

00:19 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elmin İnkişafı Fondu muğam tədqiqatlarına dair monoqrafiyalar nəşr etdirib
Elmin İnkişafı Fondu muğam tədqiqatlarına dair monoqrafiyalar nəşr etdirib
ANA SƏHİFƏ / Elm və texnika
03:03 07.03.2018

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrant layihəsi çərçivəsində muğama dair iki monoqrafiya nəşr olunub.

EİF-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadənin müəllifi olduğu “Muğam fəlsəfəsi”ndə muğam əsasən düşüncə tərzi kimi araşdırılır. Bu məqsədlə monoqrafiyada muğamla fəlsəfi cərəyanlar, xüsusilə təsəvvüf arasında fəlsəfi müqayisələr aparılır. Muğamın milli düşüncə tarixi ilə paralel tədqiq edilməsi milli təfəkkürün bir sıra əhəmiyyətli məqamlarına da aydınlıq gətirir. Bu əsərdə, həmçinin muğamın multikultural mahiyyəti də araşdırılır. Bununla da çox əhəmiyyətli bir həqiqət vurğulanmış olur: öz təsir gücünə və daşıdığı missiyaya görə muğam Azərbaycanın “yumşaq gücüdür”.

Sevil Fərhadovanın rus dilində təqdim edilən “Azərbaycan muğam-dəstgahının tarixi kökləri” monoqrafiyası isə muğamın yaranma tarixini və onun genezisini açıqlayan fənlərarası tədqiqat işinin nəticələri əsasında yazılıb. Monoqrafiyada “muğam” sözünün etimologiyası, həmçinin tədqiqat predmetinin özü yeni səpkidə interpretasiya edilir. Monoqrafiya muğam-dəstgahının konseptual məzmunu ilə bağlı bir çox suallara Azərbaycan mədəniyyət irsinin bütün sahələrində geniş təqdim edilmiş həndəsə və rəqəmin konseptuallığı ilə də aydınlıq gətirir.

Monoqrafiyalar fəlsəfə, musiqişünaslıq, kulturologiya, incəsənət, psixologiya, fenomenologiya və digər elm sahələrinin mütəxəssisləri, araşdırmaçıları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Adıçəkilən monoqrafiyaların “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ərəfəsində nəşr olunması xüsusi əhəmiyyət daşıyır.