Alternative content

23:47 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA-da “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilir
AMEA-da “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilir
ANA SƏHİFƏ / Elm və texnika
12:03 07.03.2018

Martın 7-də Bakıda Heydər Əliyev Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran və Özbəkistandan dəvət olunmuş qonaqlar iştirak edirlər.

AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə akademiyanın prezidenti, akademik Akif Əlizadə muğam festivalının əhəmiyyətindən danışıb, bu ənənəvi tədbirin ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biri olduğunu söyləyib. Bildirilib ki, muğam İslam coğrafiyasındakı xalqların milli mənəvi dəyərlərinin və tarixi-mədəni əlaqələrinin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayıb. Əsrlərboyu nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda inkişafının ən yüksək mərhələsini yaşayır. Dövlət səviyyəsində mədəniyyət və incəsənətlə bağlı imzalanan rəsmi sənədlər bu sahənin inkişafına böyük təkan verir.

Festival çərçivəsində keçirilən simpoziumun işinə uğurlar arzulayan A.Əlizadə tədbirin AMEA-nın həyatında əlamətdar hadisə olduğunu deyib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın muğam sənətinə hörmət və sevgisindən, muğam sənətinin formalaşma mərhələlərindən, eləcə də milli mədəniyyətimizin inkişafına göstərilən dövlət qayğısından danışıb. Diqqətə çatdırılıb ki, festival ölkəmizdə ənənəyə çevrilmiş böyük musiqi tədbirlərdən biridir.

Nazir qarşıdakı muğam həftəsi çərçivəsində bir çox maraqlı tədbirlərin təşkil olunacağını deyib.

Tədbir çıxışlarla davam edib.