Alternative content

17:41 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Muxtar respublikada 61-65 yaşlı əhalinin kütləvi dispanserizasiyasına başlanılıb
Muxtar respublikada 61-65 yaşlı əhalinin kütləvi dispanserizasiyasına başlanılıb
ANA SƏHİFƏ / Səhiyyə
10:03 06.03.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə tibb müəssisələrində fevralın 12-dən başlanan əhalinin tibbi müayinələri muxtar respublikada da uğurla davam etdirilir. Aksiya çərçivəsində müxtəlif yaş qrupuna daxil olan əhalinin kütləvi dispanserizasiyası da diqqət mərkəzində saxlanılır.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, 61-65 yaşlı əhalinin kütləvi dispanserizasiyasına start verilib.

Müayinələrdən əvvəl Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası və rayon mərkəzi xəstəxanalarında 1953-1957-ci illər təvəllüdlü əhalinin siyahısı tərtib olunub. Terapevt, cərrah, nevropatoloq, oftalmoloq və stomatoloqlardan ibarət həkim briqadaları yaradılıb və onların iş qrafiki hazırlanıb. Ehtiyac olan hallarda xəstələr konsultasiya məqsədilə yüksəkixtisaslı tibb müəssisələrinə və dispanserlərə göndərilir, onların laborator-diaqnostik müayinələri aparılır.

Muxtar respublikada 61-65 yaşlı əhalinin kütləvi dispanserizasiyası bu il oktyabrın 30-dək davam etdiriləcək.