Alternative content

01:19 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çin alimləri xərçəng xəstəliyini müalicə edən nanorobot yaradıblar
Çin alimləri xərçəng xəstəliyini müalicə edən nanorobot yaradıblar
ANA SƏHİFƏ / Səhiyyə
08:03 06.03.2018

Çin Nanoelmlər və Texnologiyalar Mərkəzinin alimləri təhlükəli şişlərə qarşı uğurla mübarizə aparan ilk avtonom DNK nanorobotlar yaratmağa və onları sınaqdan keçirməyə müvəffəq olublar. Hər bir nanorobot o qədər kiçikdir ki, onu adi gözlə görmək mümkün deyil. Nanorobot ölçüsünə görə iynənin ucundan 5 min dəfə kiçikdir.

AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, dezoksiribonuklein turşusu (DNT) əsasında işləyən robot boruşəkilli struktura malikdir. Onun uzunluğu təxminən 90 nanometr, diametri 19 nanometr təşkil edir. Nanorobotlar öz konstruksiyası sayəsində araşdırmalar aparmağa kömək edəcək və şişləri müstəqil şəkildə tapacaq. Bundan sonra təhlükəli şişin qanla təmini blok ediləcək. Nəticədə şiş bir neçə həftə sonra məhv olmağa başlayacaq. Nanorobotlar siçanlar üzərində sınaqdan keçirilib. Bir neçə gün və ya həftə ərzində şişin ölçüsünün xeyli azalması, çox vaxt isə tam məhv olması müşahidə edilib.

“Kimyəvi terapiya və radiasiyadan fərqli olaraq, DNT nanorobotları yaxınlıqdakı sağlam toxumalara ziyan vurmadan şişləri müalicə etmək qabiliyyətinə malikdir. Nanorobotlar beyində toplanmır və beləliklə, insult riski yaratmır”, – deyə çinli alim Çjao Yuylan bildirib. Hazırda alimlər kliniki tədqiqatlar aparırlar. Onlar bu inqilabi texnologiyaya şiş əleyhinə terapiya statusunun verilməsinə ümid edirlər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM