Alternative content

08:15 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Dillər Universiteti Malanq İslam Universiteti ilə əməkdaşlıq edəcək
Azərbaycan Dillər Universiteti Malanq İslam Universiteti ilə əməkdaşlıq edəcək
ANA SƏHİFƏ / Təhsil
06:03 06.03.2018

Martın 6-da Azərbaycan Dillər Universiteti (ADU) ilə İndoneziyanın Malanq İslam Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Memorandum ADU-nun rektoru, akademik Kamal Abdulla və Malanq İslam Universitetinin rektoru, professor Haci Maskuri Bakri tərəfindən imzalanıb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, memorandumda tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq, birgə elmi tədbirlərin keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

K.Abdulla yalnız Azərbaycanda deyil, digər ölkələrdə də tanınan ADU-nun ölkələrarası əlaqələrin qurulmasında böyük potensiala malik olduğunu qeyd edib. Universitetdə fəaliyyət göstərən beş fakültə ilə bağlı məlumat verən rektor burada tədris olunan dil və mədəniyyətlər haqqında məlumat verib. Müxtəlif xalq və dini konfensiya nümayəndələrinin məskunlaşdığı Azərbaycanın multikultural dəyərlərindən söz açan K.Abdulla universitetdə mövcud olan Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasının fəaliyyətindən danışıb. Azərbaycan multikulturalizmi fənninin bir çox xarici ölkələrin universitetlərində tədris olunduğunu vurğulayan rektor ADU-nun Malanq İslam Universitetində də bu fənnin tədrisi ilə bağlı əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə iştirak edən İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani səmimi qəbula görə minnətdarlığını bildirib. O, İndoneziyadan gələn qonaqları ADU ilə tanış etməkdən məmnun olduğunu söyləyib.

Malanq İslam Universitetinin rektoru, professor H.Maskuri Azərbaycanın sürətlə inkişaf etdiyini və hər iki ölkənin dini dəyərlərinin oxşarlığı baxımından yaxın olduğunu söyləyib. H.Maskuri rəhbərlik etdiyi universitetdə on üç mindən artıq tələbənin təhsil aldığını deyib. O, xarici tələbələrin də təhsil aldığı universitetdəki on fakültənin fəaliyyətindən söz açıb. H.Maskuri Malanq İslam Universitetində islami dəyərlərə, həmçinin multikultural amillərə önəm verilməsindən bəhs edib.