Alternative content

07:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxtın Nərimanov rayonundakı 80 saylı körpələr evi-uşaq bağçası yenidənqurmadan sonra istifadəyə verilib
Paytaxtın Nərimanov rayonundakı 80 saylı körpələr evi-uşaq bağçası yenidənqurmadan sonra istifadəyə verilib
ANA SƏHİFƏ / Birinci vitse-prezident
04:03 06.03.2018

Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı yenidən qurulan 80 saylı körpələr evi-uşaq bağçasının martın 6-da açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva 80 saylı körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, 1963-cü ildə istifadəyə verilən bağça 115 uşaq yerlik olmaqla 6 qrupla fəaliyyətə başlayıb. Əsaslı yenidənqurmadan sonra burada qrupların sayı 8-ə çatdırılıb və müəssisə 150 yerlik olub. Körpələr evi-uşaq bağçasında Azərbaycan və rus bölmələri ilə yanaşı, pilot layihə kimi ingilisdilli qrup da yaradılıb. Burada yaş yarımdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar var. Yenidənqurmadan əvvəl uşaq bağçasının dörd korpusundan ikisi birmərtəbəli, ikisi isə ikimərtəbəli binalardan ibarət idi. Əsaslı yenidənqurma zamanı birmərtəbəli korpuslarda əlavə ikinci mərtəbələr də inşa edilib. Yeni inşa olunan mərtəbələrdə əlavə iki qrup, musiqi zalı və digər metodiki otaqlar yaradılıb. Bundan əlavə, korpuslararası birmərtəbəli keçid sökülərək ikimərtəbəli keçid inşa edilib. Uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici və müasir işıqlandırma sistemləri quraşdırılıb. Həyətyanı ərazidə geniş abadlıq işləri aparılıb, həmişəyaşıl ağaclar əkilib, təbii ot örtüyü salınıb, uşaqların istirahəti üçün kölgəliklər və əyləncə qurğuları quraşdırılıb, balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarının heykəlləri qoyulub. Bir sözlə, müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli imkan yaradılıb.