Alternative content

14:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
ANA SƏHİFƏ / PARLAMENT
09:03 05.03.2018

Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda 24 məsələ müzakirə olunacaq.

Plenar iclasda Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda, Seçki, Şəhərsalma və Tikinti, İnzibati Xətalar, Cinayət, Ticarət Gəmiçiliyi məcəllələrində, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Dövlət qulluğu haqqında”, “Yaşayış minimumu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Sosial sığorta haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial müavinətlər haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılacaq.

Bundan başqa, deputatlar “Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihələrini, həmçinin “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcəklər.