Alternative content

18:28 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu gün Azərbaycan qadını ənənələri, intellekti və sosial fəallığı özündə cəmləşdirir
Bu gün Azərbaycan qadını ənənələri, intellekti və sosial fəallığı özündə cəmləşdirir
ANA SƏHİFƏ / Təhsil
08:03 05.03.2018

Martın 5-də Bakı Ali Neft Məktəbində (BANM) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Elmar Qasımov bu ali təhsil müəssisəsində fəaliyyət göstərən xanım əməkdaşları və tələbələri qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. O, Prezident İlham Əliyevin ölkəmizdə qadın hərəkatına böyük diqqət göstərdiyini və daim xanımların fəaliyyətinə önəm verdiyini bildirib. Cəmiyyətimizin inkişafında qadınların əvəzsiz rolundan danışan rektor bu gün BANM-in kollektivinin 60 faizinin xanımlardan ibarət olduğunu söyləyib.

BANM-də fəaliyyət göstərən xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ölkəmizdə ildən-ilə neft və kimya sənayesi üzrə qadın mütəxəssislər, alimlər və mühəndislərin sayı artmaqdadır. Onların arasında kifayət qədər rəhbər vəzifələrdə çalışan qadınlarımız var. Əhalinin yarısını təşkil edən qadınlarımızın öz potensialını reallaşdırması üçün Prezident İlham Əliyev tərəfindən geniş imkanlar yaradılıb. Həqiqətən, bu gün Azərbaycan qadını ənənələri, intellekti və sosial fəallığı özündə cəmləşdirir.

Sonra H.Hüseynova BANM-in altı əməkdaşını uzun illər yüksək əmək göstəriciləri və peşəkar əmək fəaliyyətinə görə komitənin fəxri fərmanı ilə təltif edib.

Daha sonra E.Qasımov BANM-in fəaliyyətində uzun illər öz töhfəsini verən yeddi xanım əməkdaşı mükafatlandırıb. Eyni zamanda, ali məktəbin bütün xanım işçilərinə və tələbələrinə hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.