Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

22:50 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir
“ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir
ANA SƏHİFƏ / Elm və texnika
06:03 05.03.2018

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ingilisdilli “ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə 2018-2019-cu tədris ili üçün qəbul elan edir. İş yerləri universitetin ictimai və beynəlxalq münasibətlər, biznes, informasiya texnologiyaları və mühəndislik institularında, eləcə də ümumi təhsil proqramında müxtəlif elmi sahələr üzrədir.

“ADA” Universitetdən AZƏRTAC-a bildirilib ki, tələblər müvafiq sahədə elmlər doktoru və ya magistr dərəcəsi, ən azı iki il müddətində müəllimlik təcrübəsi, dərslər üzrə bu ali təhsil ocağının tədris tələblərinə uyğun sillabus və materialların tərtibi, ingilis dilində mükəmməl danışıq və yazı qabiliyyətləri, ictimaiyyətə faydalı xidmət göstərmək öhdəliyini əhatə edir.

Universitet müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayır. Bakalavr və magistr proqramlarında dərs deyəcək müəllim namizədlər dinamik, enerjili, mütərəqqi və tətbiqi yanaşmalı, ixtisaslaşmış elmi tədqiqata həvəsli alimlər olmalıdırlar.

“ADA” Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdalın sözlərinə görə, müəllimlərin işə götürülməsi şəffaf şəkildə aparılan bir neçə mərhələli prosesdir. O deyib: “Maraqlanan şəxslər universitetin internet və sosial media səhifələrində müəllimliyə iş elanları ilə tanış olduqdan sonra sənədlərini martın sonunadək [email protected] elektron ünvanına göndərməlidilər. Uyğun namizədlər daha sonra dekan və müəllim heyəti üzvlərindən ibarət qəbul komissiyası ilə müsahibəyə dəvət edilirlər. Bu mərhələdən də keçən namizədlər universitetin tələbə və müəllim heyəti qarşısında sınaq dərsi verməyə dəvət olunurlar. İşə qəbul barədə son qərar məhz bunun nəticələrinə uyğun verilir”.

V.Kazdal bildirib ki, yarandığı ilk gündən keyfiyyətli müəllimlərin cəlb edilməsini qarşısına məqsəd qoyan “ADA” Universitetində xaricdə magistr və elmlər doktoru adını qazanan gənc azərbaycanlı alimlər fəaliyyət göstərirlər. Hazırda universitetin müəllim heyətinin əsas hissəsi məhz belə şəxslərdən ibarətdir.

“ADA” Universitetinin professor-müəllim heyətində açılan iş yerləri ilə ada.edu.az/facultyjobs ünvanında tanış olmaq mümkündür.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM