Alternative content

11:53 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Dövlət Universiteti ilə əməkdaşlıq Lənkəran Dövlət Universiteti üçün geniş imkanlar açacaq
Bakı Dövlət Universiteti ilə əməkdaşlıq Lənkəran Dövlət Universiteti üçün geniş imkanlar açacaq
ANA SƏHİFƏ / Təhsil
06:03 05.03.2018

Lənkəran Dövlət Universiteti (LDU) ölkənin ən nüfuzlu ali təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) ilə əməkdaşlıq edəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki ali təhsil müəssisəsi arasında elm və təhsil sahəsində əməkdaşlığa dair imzalanan müqavilə LDU-ya mütəxəssis hazırlığı səviyyəsini yüksəltmək, elmi uğurları artırmaq, BDU-nun elmi–praktiki təcrübəsindən bəhrələnmək imkanı verəcək.

Müqaviləni BDU-nun rektoru, akademik Abel Məhərrəmov və LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov imzalayıblar.

Ölkəmizdə təhsil sahəsində əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq, elmin son uğurlarından birgə bəhrələnmək məqsədi daşıyan müqavilə çərçivəsində LDU-da bakalavriat səviyyəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Rus dili və ədəbiyyatı müəllimliyi”, “Tarix müəllimliyi” və “Ekologiya” ixtisasları üzrə kadr hazırlığı, magistrant və doktorant hazırlığı, ixtisasartırma təhsili, təcrübə mübadiləsinin yerinə yetirilməsi, eləcə də birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, konfransların təşkili sahəsində əməkdaşlıq nəzərdə tutulur.

LDU-nun magistrant, doktorant və dissertantlarına elmi rəhbərlərin təyin olunmasına və onlara BDU-nun müvafiq laboratoriyalarında elmi-tədqiqat işlərinin aparılmasına icazə verilməsi də müqavilə şərtlərinə daxil edilib.

Müqaviləyə əsasən, birgə konfrans, seminar və simpoziumlar, elmi-tədqiqat işləri və qrant layihələri reallaşdırılacaq, LDU-nun müəllimlərinin BDU-da ixtisasartırma və təcrübə mübadiləsi keçməsinə kömək göstəriləcək.

Mübadilə proqramları hazırlıq, bakalavriat, magistratura, doktorantura proqramlarını və yay semestrini əhatə edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM