Alternative content

21:50 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şağan Mədəniyyət Mərkəzinin yeni binası istifadəyə verilib Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak edib
Şağan Mədəniyyət Mərkəzinin yeni binası istifadəyə verilib Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak edib
ANA SƏHİFƏ / Birinci vitse-prezident
03:03 05.03.2018

Xəzər rayonunun Şağan qəsəbəsində yeni inşa edilən Mədəniyyət Mərkəzinin martın 5-də açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə dövlət tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğı mövcud mədəniyyət obyektlərinin tamamilə yenidən qurulmasında, həmçinin yeni müasir mədəniyyət ocaqlarının yaradılmasında özünü aydın göstərir. Xəzər rayonunun Şağan qəsəbəsində yeni tikilən Mədəniyyət Mərkəzi də bu istiqamətdə görülən işlərdən biridir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, iki mərtəbədən ibarət Mədəniyyət Mərkəzinin binasının inşasına 2014-cü ildə başlanılıb. Ən yüksək səviyyədə aparılan tikinti işləri nəticəsində Mərkəzdə 200 yerlik tamaşa zalı, kinozal, kinoproyeksiya, qrim otağı, rəssam emalatxanası, musiqi dərnəyi, oxu zalı, kitab fondu, tətbiqi incəsənət, ədəbiyyat, evdarlıq dərnəkləri, rəqs zalı, 41 yerlik amfiteatr, işıq aparatları və səs operator otaqları yaradılıb.

Son illərdə ölkədə mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən layihələrin bariz nümunəsinə çevrilən bu mədəniyyət ocağının yeni binası, ilk növbədə, zəngin Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətinin gənc nəsil arasında təbliği işinə xidmət edir. Digər tərəfdən, bu hadisə mədəniyyətin inkişafının, onun infrastrukturunun yaradılmasının hər zaman dövlətin diqqət mərkəzində olduğunu göstərir. Belə mədəniyyət obyektlərində istənilən tədbiri yüksək səviyyədə təşkil etmək üçün geniş imkanlar var. Bundan başqa, kollektivin, o cümlədən yaradıcı insanların iş şəraitini müasir tələblər səviyyəsinə çatdırmaq baxımından bu cür layihələr mühüm əhəmiyyət kəsb edir. Müasir üslubda inşa edilən bu binalar həm də yerləşdikləri ərazinin gözəlliyini artırır. Bütün bunlar bir daha sübut edir ki, mədəniyyətimizin, incəsənətimizin, musiqimizin tarixi ənənələrini qorumaq və inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətində də əksini tapıb.

Mədəniyyət Mərkəzinin ətrafındakı ərazi abadlaşdırılıb, ağaclar əkilib və yaşıllıq salınıb.

Yeni Mərkəzlə tanış olan Mehriban Əliyeva kollektivə uğurlar arzuladı.