04 Mart 2018 12:03
870
Oxucu məktubları
A- A+

Biz də töhfə veririk

 

Ermənistan silahlı qüvvələrinin işğalçılığı nəticəsində ölkəmizdə məcburi köçkünə çevrilənlərdən biri bizim ailə oldu. İşğal zamanı Laçından - isti yuvamızdan, rahat evimizdən didərgin düşüb Tərtər rayonunun İsmayılbəyli kəndinə pənah gətirdik. O vaxtdan burada yaşayırıq.

Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıdandan sonra bizə sahib çıxdı, arxa-dayaq oldu. Yaxşı yadımdadır. Ulu öndərdən sonra ölkəyə çox böyük məharətlə rəhbərlik edən  cənab İlham Əliyev dövlət başçısı kimi ilk çıxışlarının birində dedi ki, qaçqın və məcburi köçkünlərin problemləri mənim fəaliyyətimin prioritet istiqamətidir. Bu, həqiqətən, belədir. Qısa müddətdə qaçqınların məskunlaşdığı çadır düşərgələri ləğv olundu. Əvəzində hər cür şəraiti olan neçə-neçə şəhərcik salındı. Bu proses bu gün də davam edir. Dediyim odur ki, biz hər cür qayğı ilə əhatə olunmuşuq. Çalışırıq ki, bu qayğının müqabilində ölkəmizin inkişafına bacardığımız qədər töhfə verək.

İstifadəmizdə 120 hektar torpaq sahəsi var. Həmin torpaqda taxıl, qarğıdalı, şəkər çuğunduru, pambıq, tərəvəz əkib-becərir, bol məhsul götürürük. Məsələn, keçən il taxıl sahəsinin orta məhsuldarlığı 50 sentner oldu. Pambıq əkdiyimiz yerlərdə hər hektardan orta hesabla 32 sentner məhsul götürdük. Arıçılıqla, heyvandarlıqla da məşğul oluruq. Bu ildən ipəkqurdu bəsləməyi də qərara almışıq. Bu məqsədlə 27 min ədəd məhsuldar tut tingi əkmişik. Qərara almışıq ki, 10 qutu ipəkqurdu götürüb 500 kiloqram barama istehsal edək.

Hörmətli redaksiya!

Əzəli torpaqlarımız hələ düşmən tapdağı altında olsa da, biz ruhdan düşmürük. Əksinə, ölkəmizin artan iqtisadi və hərbi qüdrəti bizdə belə bir inam yaradıb ki, tezliklə doğma yurdumuza qayıdacaq, oranı da cənnətə döndərəcəyik. Nankor qonşularımız nəinki işğal etdikləri torpaqlarda, heç Ermənistanın özündə də quruculuq-abadlıq işləri apara bilmirlər. Telekanallarda dəfələrlə belə süjetlər görmüşəm. Çarəsizlikdən imkan tapan kimi ailələrini də götürüb birdəfəlik xarici ölkələrə köç edirlər. 

 

Mirzə CÜMŞÜDOV,

Tərtər rayonu, İsmayılbəyli kəndi, fermer

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video