Gəncəyə maraq artıb
2016-cı ildə Avropa Gənclər Paytaxtı, 2017-ci ildə MDB Dövlətlərinin Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı Gəncədə xeyli mötəbər tədbir keçirildi. Nəticədə şəhərə çoxlu sayda turist axını oldu.
Dünyanın 20-dən artıq ölkəsindən gələn xarici qonaqlar son 15-20 il ərzində burada görülən quruculuq-abadlıq işlərinə, əldə edilən nailiyyətlərə heyran qalırlar. Niyə də qalmasınlar.
Həqiqətən də Nizami Gəncəvinin məqbərəsində aparılan yenidənqurma işləri, Mirzə Şəfi Vazeh və Məhsəti muzeyləri, Heydər Əliyev parkının füsunkarlığı həmişə xoş ovqat yaradır, qoruq ərazisində yerləşən tarixi abidələr turistlərdə böyük maraq oyadır. Qonaqlar qoruğun ərazisində yerləşən “İmamzadə” Dini Memarlıq Kompleksi barədə də ətraflı məlumat ala bilir, Qoşa Qala Qapıları Tarix-Etnoqrafiya Muzeyindəki eksponatlar Azərbaycanın qədim bölgəsi haqqında onlarda geniş təəssürat yaradır.
Təkcə onu demək kifayətdir ki, keçən il Nizami Gəncəvinin məqbərəsini 6 min nəfərə yaxın turist ziyarət edib. Onların 500 nəfərdən çoxu xarici turist olmuşdur. Turistlər üçün yaradılan şərait bir çox agentliklərin də diqqətini cəlb etmişdir. Məsələn, bu yaxınlarda “Turistat” agentliyinin rəsmi səhifəsində yer alan reytinq siyahısındakı onluğa Minsk, Almatı, Bakı, Astana, Daşkənd, Brest, Bişkek, Kişinyov kimi böyük şəhərlərlə yanaşı Gəncənin də adı daxil edilmişdir.
Xarici turistlərin Gəncəyə bu qədər maraq göstərmələrinin bir səbəbi də onun füsunkar təbiətidir. Mülayim iqlimə malik bir ərazidə yerləşən, dörd yanı dağlar və meşələrlə əhatə olunmuş bu yerlər səfalı Göy gölü ilə də məşhurdur. Gəncədən cəmi 40 kilometr məsafədə yerləşən bu gölün gözəlliyi də onlara zövq verir.
Turistlərin Gəncəyə marağının artması statistik rəqəmlərdə də əksini tapıb. Belə ki, keçən il Gəncəyə 25 mindən çox turist gəlmişdir. Bu da əvvəlki illə müqayisədə 15 faiz çoxdur.
Bəxtiyar MURADOV,
Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib...
25 Aprel
Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər
25 Aprel
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb
25 Aprel
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!