03 Mart 2018 01:03
303
Fərmanlar
A- A+

“Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1746 nömrəli və 22 dekabr tarixli 1753 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 11-1-ci, 28-1-ci, 31-1-ci, 54-1-ci, 55-1-ci, 66-1-ci və 73-1-ci hissələr əlavə edilsin:
“11-1. Məcəllənin 185-188-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi adından - Agentliyin İdarə Heyətinin sədri, idarə heyətinin üzvləri, aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.”;
“28-1. Məcəllənin 379-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
28-1.1. fərdi məlumatların informasiya sistemlərinə münasibətdə - bu siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
28-1.2. digər informasiya sistemlərinə münasibətdə - bu siyahının 28-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”;
“31-1. Məcəllənin 394-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi adından - Komitənin sədri, onun müavinləri, aparatın rəhbəri, şöbə müdiri.”;
“54-1. Məcəllənin 515.0.2 - 515.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
54-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından - bu siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
54-1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - bu siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”;
“55-1. Məcəllənin 517-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
55-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - bu siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
55-1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti adından - bu siyahının 28-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”;
“66-1. Məcəllənin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində törədilən inzibati xətalar istisna olmaqla) haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından - bu siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”;
“73-1. Məcəllənin 602.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
73-1.1. yoxlayıcı orqanlara (yoxlayıcılara) münasibətdə yuxarı dövlət orqanının rəhbəri, onun müavini, aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, baş məsləhətçi, böyük məsləhətçi;
73-1.2. yoxlayıcı orqanlara (yoxlayıcılara) münasibətdə yuxarı dövlət orqanının olmadığı hallarda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından - bu siyahının 44.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”;
1.2. 23-cü hissədə “286-cı maddəsində” sözləri “286 və 459-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
1.3. 26-cı hissəyə “369” rəqəmlərindən əvvəl “325.1, 326,” rəqəmləri əlavə edilsin;
1.4. 41.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 41.4-cü bənd əlavə edilsin:
“41.4. audiovizual əsərlərə, fonoqramlara, kompüter proqramlarına, məlumat toplularına, kitab nüsxələrinə münasibətdə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi adından - bu siyahının 11-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”;
1.5. 48.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 48.4-cü bənd əlavə edilsin:
“48.4. audiovizual əsərlərə, fonoqramlara, kompüter proqramlarına, məlumat toplularına, kitab nüsxələrinə münasibətdə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi adından - bu siyahının 11-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”;
1.6. 54-cü hissədə “515” rəqəmləri “515.0.1” rəqəmləri ilə əvəz edilsin;
1.7. 55-ci hissə üzrə:
1.7.1. 55.1-ci bəndə “Azərbaycan Respublikasının” sözlərindən və 55.2-ci bəndə “yerli icra hakimiyyəti” sözlərindən əvvəl “inzibati xətanı aşkar etmiş” sözləri əlavə edilsin;
1.7.2. 55.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 55.3-cü bənd əlavə edilsin:
“55.3. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - bu siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2018-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video