Alternative content

14:58 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ADA Universitetində “Karyera həftəsi” yekunlaşıb
ADA Universitetində “Karyera həftəsi” yekunlaşıb
ANA SƏHİFƏ / Təhsil
01:03 03.03.2018

 

ADA Universitetində bu ali məktəbin Karyera Mərkəzinin təşəbbüsü ilə fevralın 27-dən keçirilən altıncı “Karyera həftəsi” başa çatıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı martın 2-də universitetdə “Karyera həftəsi”nin yekun tədbiri və “Karyera yarmarkası” keçirilib.

“Kapital Bank” və “Azersun Holding” şirkətlər qrupunun dəstəyi ilə həftə ərzində müxtəlif sahələrdə fəaliyyət göstərən yüzdən çox şirkətin nümayəndələri universitetdə tələbə və məzunlar üçün təqdimatlar keçirib, gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaradıb,  onlara karyerada uğurqazanma ilə bağlı məsələhətlər verib və işçi qüvvəsi axtarıblar.

“İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən “Karyera yarmarkası”nda iki mindən çox tələbə və məzun şirkətlərin insan resursları nümayəndələri ilə bilavasitə ünsiyyətdə olub, mövcud iş yerlərinə sənəd vermək imkanı qazanıblar. Həmçinin tələbələr Azərbaycanın iş bazarındakı ən aparıcı qurumlarının təmsilçiləri ilə təmasda olub, dövlət və özəl sektorda insan kapitalı ehtiyacı barədə aydın təsəvvür əldə ediblər. “Karyera yarmarkası”nda şirkətlər səkkiz yüzdən çox iş və stajkeçmə imkanları təqdim ediblər.

ADA Universitetinin Karyera Mərkəzi tələbələri birinci kursdan başlayaraq məşğulluq bazarı ilə tanış edir, ixtisasları üzrə müxtəlif dövlət və fərdi qurumlarda staj təcrübəsi qazanmağa yönləndirir. Əksər tələbələr staj təcrübəsi topladıqları qurumlarda iş təklifi alırlar. Bunun nəticəsi olaraq universitetin məzunları arasında məşğulluq göstəricisi 90 faizə çatır.

“Karyera həftəsi” çərçivəsində ilk dəfə ADA Universiteti onun ən çox sayda tələbə və məzunlarını işə qəbul edən 13 qurumu, o cümlədən Xarici İşlər Nazirliyi, SOCAR, Maliyyə Nazirliyi, Dövlət Neft Fondu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və “Azərkosmos” ASC-ni mükafatlandırıb.

Mükafatları ADA Universitetinin rektoru Hafiz Paşayev təqdim edib.