Alternative content

09:42 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “ADA” Universiteti magistrant olmaq istəyənləri “Açıq qapı” gününə dəvət edir
“ADA” Universiteti magistrant olmaq istəyənləri “Açıq qapı” gününə dəvət edir
ANA SƏHİFƏ / Təhsil
05:03 01.03.2018

“ADA” Universiteti magistratura təhsili ilə maraqlananları “Açıq qapı” gününə dəvət edir.

Magistratura imtahanının birinci mərhələsindən uğurla keçən abituriyentlər martın 7-si saat 16:00-da universitetin tədris mərkəzində keçiriləcək “Açıq qapı” gününə qatıla bilərlər.

“ADA” Universitetindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirakçılara bu ali məktəb, akademik proqramlar, pedaqoji heyət, tələbə həyatı, təcrübə imkanları və Karyera Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat veriləcək, qəbul şərtləri izah ediləcək.

Tədbirdə “ADA” Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal, İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun dekanı Elnur Soltanov və Biznes İnstitutunun dekanı Elkin Nurməmmədov çıxış edərək təcrübə və tövsiyələrini bölüşəcək, iştirakçıların suallarını cavablandıracaqlar.

2018-2019-cu tədris ilində “ADA” Universiteti dörd ixtisas üzrə iki illik magistr proqramları təklif edir:

 

· Diplomatiya və beynəlxalq münasibətlər

· Dövlət idarəetməsi

· Biznesin idarə edilməsi (MBA)

· Təhsil üzrə menecment.

 

Tədris ingilis dilində aparılır. Dərslər həftədə üç dəfə axşam saatlarında keçirilir.

“ADA” Universitetində keçiriləcək “Açıq qapı” günündə iştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər. Girişdə şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM