Alternative content

16:02 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sumqayıtın 240 mindən çox sakini kütləvi tibbi müayinədən yararlana biləcək
Sumqayıtın 240 mindən çox sakini kütləvi tibbi müayinədən yararlana biləcək
ANA SƏHİFƏ / Səhiyyə
04:03 01.03.2018

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bölgələrdə əhalinin profilaktik müayinəsi davam edir. Xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etmək məqsədi daşıyan bu humanist aksiya Sumqayıt da yüksək səviyyədə həyata keçirilir. Bu məqsədlə şəhər icra hakimiyyətində xüsusi qərargah yaradılıb, qrafik tərtib olunub. Həmçinin müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət həkim briqadaları yaradılıb.

Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən AZƏRTAC-a bildirilib ki, şəhərdə qeydiyyatda olan əhalinin 240 min 540 nəfəri fevralın 12-dən mayın 12-dək pulsuz kütləvi tibbi müayinədən yararlana biləcək. Profilaktik tibbi müayinələrin aparıldığı müəssisələr müəyyənləşdirilib və lazımi tibbi ləvazimatlarla təmin olunub. Belə ki, əhalinin tibbi müayinəsi şəhərin əsasən 9 tibb müəssisəsi tərəfindən həyata keçirilir. Əhali yerli telekanal və qəzetlər vasitəsilə tibbi müayinələrin aparılması barədə ətraflı məlumatlandırılıb.

Tərtib edilmiş qrafik əsasında şəhər ərazisində fəaliyyət göstərən səhiyyə ocaqlarına profilaktik tibbi müayinələr üçün müraciət edən hər bir pasiyent qeydiyyatdan keçirilir və həkim-mütəxəssislər tərəfindən ilkin müayinə aparılır. Tibbi göstəriş olduqda onlara köməkçi - instrumental tibbi müayinə tətbiq edilir və lazım gəldikdə, digər mütəxəssislərlə konsultasiya olunurlar.

Fevralın 12-dən martın 1-dək 45 min 358 şəhər sakini tibbi müayinədən keçib. Onlardan 3672-si ambulator, 227-si stasionar müalicəyə cəlb edilib, 4 nəfər isə cərrahi əməliyyat olunub.