Alternative content

14:10 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rus Pravoslav Kilsəsinin rəhbəri Bilik Fondunun fəxri fərmanı ilə təltif olunub
Rus Pravoslav Kilsəsinin rəhbəri Bilik Fondunun fəxri fərmanı ilə təltif olunub
ANA SƏHİFƏ / Elm və texnika
07:02 28.02.2018

 

Ulu öndər Heydər Əliyevin banisi olduğu və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasəti nəticəsində getdikcə möhkəmlənən, ölkəmizdə insan kapitalının formalaşması və zənginləşməsini təmin edən azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi dəyərlərimizin, mədəniyyətimizin və milli sərvətimiz hesab edilən dilimizin təbliği Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Fondun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində artıq üçüncü ildir ki, Rus Pravoslav kilsələrində, eləcə də Alban-Udi xristian icmasında “Azərbaycan dili” üzrə təlim kursları təşkil olunub. Dövlət dilini rusdilli vətəndaşlara təcrübəli dil və ədəbyyat müəllimləri tədris edirlər. Hər il kursu uğurla bitirənlərə müvafiq sertifikatlar təqdim olunur. Dinləyicilər Bilik Fondu tərəfindən dərslik və lüğətlərlə, danışıq kitabçaları və əyani vəsaitlərlə təmin edilirlər. Həmçinin təlimlər zamanı onlar Azərbaycan dilində film və teatr tamaşalarına dəvət edilir, muzey və sərgilərlə tanış olur, tanınmış yazıçılar və mədəniyyət xadimləri ilə görüşür, fondun maarifləndirici layihələrinə qatılırlar.

Bu barədə AZƏRTAC-a Bilik Fondundan məlumat verilib. Fevralın 28-də Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein ilə görüşüb.

Görüşdə O.Səmədov Azərbaycanda tolerantlıq ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin təbliği ilə bağlı Bilik Fondunun maarifləndirici layihələrində fəal iştirak etdiyinə görə fondun fəxri fərmanını din xadiminə təqdim edib.

Görüşdə, həmçinin Aleksandr Atanın dəstəyi və Bilik Fondunun təşkilatçılığı ilə bu qurumun “Azərbaycan dilini öyrənirik” layihəsi üzrə Bakıdakı “Jen Mironosets” və “Mixail Arxangel” kilsələrində təşkil olunmuş Azərbaycan dili üzrə ödənişsiz təlim kurslarının fəaliyyəti, təlimlərlə yanaşı, digər tədbirlərin təşkili ilə bağlı məsələlər müzakirə edilib, əhalinin dini maarifləndirilməsi istiqamətində birgə tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Rus Pravoslav Kilsəsinin rəhbəri Bilik Fondunun maarifləndirici fəaliyyətini yüksək dəyərləndirdiyini və bu qurumun fəxri fərmanına layiq görüldüyünə görə minnətdarlığını bildirib.