Alternative content

07:54 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oğuzun yeddi yaşayış məntəqəsində kütləvi tibbi müayinələr başa çatıb
Oğuzun yeddi yaşayış məntəqəsində kütləvi tibbi müayinələr başa çatıb
ANA SƏHİFƏ / Səhiyyə
07:02 28.02.2018

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Oğuz rayonunda da mütəşəkkil qaydada davam edir. Fevralın 12-də başlanan aksiya çərçivəsində bu günədək 6 min 122 nəfər rayon sakini tibbi müayinədən keçib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov məlumat verib.

Baş həkimin bildirdiyinə görə, Oğuz rayonu üzrə 18 yaşdan yuxarı 31 min 500-dən çox insanın tibbi müayinələrə cəlb olunması nəzərdə tutulub. Müayinələrin keçirildiyi mərkəzi xəstəxananın kollektivi bu məsul aksiyaya ciddi hazırlaşıblar. Müayinələr zamanı ultrasəs, rentgen və digər tibbi aparatlardan geniş istifadə olunur. Xəstəxananın laboratoriyasında müxtəlif qan analizlərinin aparılması üçün müasir tələblərə cavab verən zəruri tibbi avadanlıqlar var. Müayinələr zamanı xəstəliklər aşkar edildikdə, belə xəstələr müalicəyə cəlb olunurlar.

Rayonun 34 yaşayış məntəqəsindən 7-də tibbi müayinələr artıq başa çatıb. Müayinə olunanların 210 nəfəri ambulator, 49 nəfər isə stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 20 nəfər daha geniş müayinə və müalicə üçün Bakı şəhərinin tibb müəssisələrinə göndərilib.