Alternative content

18:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi oldu
Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi oldu
ANA SƏHİFƏ / Təhsil
01:02 28.02.2018

 

Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş ali təhsil müəssisələrinin magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə əsasən Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Emil Əmrahov ölkə birincisi olub. Belə ki o,  ölkə üzrə imtahanda iştirakı nəzərdə tutulan 12387 bakalavr arasında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal toplayaraq birinci mərhələni uğurla başa vurub.

“İmtahan nəticələrinin elan olunduğu gün xoş bir təsadüf oldu. Ad günümdə bütün respublika üzrə ən yüksək bal topladığımı bilmək mənə ikiqat sevinc gətirdi. Ən böyük hədiyyəni elə özüm özümə etdim”, - deyə Emil Əmrahov bildirib.

Qeyd edək ki, Emil Əmrahov BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasının beşinci kurs tələbəsidir və o, ali məktəbə 664 balla daxil olub.

 

“Azərbaycan”