Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

21:54 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının TƏSVİRİ
“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının TƏSVİRİ
ANA SƏHİFƏ / Qanunlar
12:02 27.02.2018

 

Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli qanunu ilə təsdiq edilmişdir

 

 

Maddə 1. Medalın ümumi təsviri

“Hərbi vətənpərvərlik tərbiyəsində xi

dmətlərə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi metal lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

Medalın ön tərəfinin mərkəzində hər iki tərəfdən çevrə boyunca palıd yarpaqları ilə haşiyələnmiş nişangah, nişangahın üzərində iki çarpaz qılınc, qılıncların yuxarı iti ucları arasında təyyarə qanadları, təyyarə qanadlarının mərkəzində paraşüt, qılıncların kəsişmə nöqtəsindən aşağıda gəmi lövbəri təsvir edilmiş kompozisiya həkk olunur. Aşağı hissədə səkkizguşəli ulduz həkk olunmaqla soldan sağa doğru qövs boyunca “HƏRBİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ” sözləri yazılır. Bütün yazılar və təsvirlər qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində medalın seriyası və nömrəsi həkk olunur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı lövhəyə ilgək və iki halqa vasitəsilə birləşdirilir. Lövhəyə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı, 3 mm enində tünd zeytun və 5 mm enində ağ rəngli şaquli zolaqlar, mərkəzində isə 19 mm enində tünd zeytun rəngli şaquli zolaq təsvir edilmiş xara lent çəkilmişdir. Lövhənin ön tərəfinin yuxarı hissəsində 37 mm x 5 mm ölçüdə üzərində relyefli palıd yarpaqları təsviri olan düzbucaqlı lövhə bərkidilmiş, aşağı hissəsində isə lövhənin mərkəzində relyefli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.

4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM