Alternative content

01:57 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxtdan ezam olunan həkim briqadası Gəncədə aparılan tibbi müayinələrdə iştirak edir
Paytaxtdan ezam olunan həkim briqadası Gəncədə aparılan tibbi müayinələrdə iştirak edir
ANA SƏHİFƏ / Səhiyyə
04:02 26.02.2018

 

Səhiyyə nazirinin müavini Nigar Əliyevanın “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün mütəxəssislərin regionlara ezamiyyəti haqqında” əmrinə uyğun olaraq paytaxtdan 6 müxtəlif ixtisaslı həkim Gəncədə 6 nömrəli poliklinikada əhalinin tibbi müayinəsini həyata keçirib.

AZƏRTAC xəbər verir ki, Gəncə Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədovun verdiyi məlumata əsasən fevralın 12-dən Gəncənin 5 poliklinikasında əhalinin tibbi müayinələrinə start verilib: “Müayinələr yüksək səviyyədə aparılır. Eyni zamanda Gəncə sakinləri ilə yanaşı şəhərimizdə məskunlaşmış qaçqın və məcburi köçkün qəsəbələrində də vətəndaşlar tibbi baxışdan keçirilir, şəhərdəki universitet və liseylərdə də müayinələr davam etdirilir. Bakıdan gələn bir qrup peşəkar həkim də sakinlərin sağlamlıq vəziyyətlərinin yoxlanılmasında iştirak edir.”

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Aris Rüstəmov ölkəmizin aparıcı mütəxəssislərindən ibarət briqadalar yaradılaraq bölgələrə ezam olunduğunu söyləyib: “Həmin briqadalar mütəmadi olaraq ölkəmizin 8 regionunda tibbi müayinələr aparacaqlar. Həm də müayinələr yalnız Gəncə şəhər sakinlərini əhatə etmir, ümumilikdə qərb bölgəsindən olan vətəndaşlar üçün təşkil olunub. Əhaliyə tibbi müayinələrin vaxti və yeri barədə yerli televiziya kanalları vasitəsilə qabaqcadan məlumatlar verilib”.

Şöbə müdiri onu da qeyd edib ki, baxış zamanı səhhətində müəyyən problemlər aşkarlanan vətəndaşlar laborator müayinələrə göndərilir.

Bakıdan ezam edilən həkim briqadası 6 nömrəli poliklinikada tibbi baxış zamanı 168 nəfərin müayinə, məsləhət və konsiliumunda iştirak edib.