Alternative content

03:50 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azercell” daha bir uğura imza atıb
“Azercell” daha bir uğura imza atıb
ANA SƏHİFƏ / ELANLAR
12:02 24.02.2018

 

“Azercell Telekom” MMC insan qaynaqları sahəsində yüksək beynəlxalq sertifikata layiq görüldü.

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” beynəlxalq səviyyədə daha bir uğura imza atıb. Şirkət güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) -  İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. “Azercell” ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin bu sertifikata layiq görülməsini böyük uğur hesab edir: “Yarandığı ilk gündən etibarən “Azercell” İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir beynəlxalq təcrübəyə uyğundur. İlk dəfə olaraq şirkətimiz bu sertifikatın alınması üçün irəli sürülən tələblərin hamısına cavab verərək 2004-cü ildə Standartı, 2011 və 2014-cü illərdə isə Gümüş Sertifikatını əldə edib. 2018-ci ilin yanvar ayında keçirilən sertifikasiya zamanı isə “Azercell” güclü performans göstərməklə işçilərini yüksək səviyyədə idarə etdiyini artıq beynəlxalq səviyyədə sübut edərək Qızıl Sertifikatına layiq görülüb. Onu da vurğulayaq ki, 1996-2017-ci illər ərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 23.338.153,45 USD sərmayə qoyulub ki, bu da kifayət qədər böyük göstəricidir. Fəaliyyət göstərdiyimiz sahələrdə olduğu kimi, İnsan Qaynaqlarının idarə olunmasında da liderik”.

“Azercell Telekom” MMC-nin İnsan Qaynaqları Departamentinin direktoru Ziba Mustafayeva şirkətin IIP sertifikatını qazanması üçün ciddi yoxlamadan keçdiyini bildirib: “Investors in People İnternational” şirkəti “Azercell”də 9 fəaliyyət göstəricisi üzrə yoxlama aparib. Qızıl səviyyəli IIP akkreditasiyası zamanı qiymətləndirici, işçilər arasında keçirilən onlayn sorğuya, səfəri zamanı “Azercell”in əməkdaşları ilə təkbətək müsahibələrinə, həmçinin insan qaynaqlarının idarə olunması təcrübəsi üzrə audit yoxlamasının nəticəsinə əsaslanıb. Bu sertifikat İnsan Qaynaqlarının idarə olunmasında bizim inkişaf göstəricimizdir”.

“Investors in People International” şirkətinin prezidenti Paul Devoy da “Azercell”in Qızıl Sertifikat qazanmasını böyük uğur kimi dəyərləndirib: “Azercell”i təbrik edirik. “Investors in People” akkreditasiyası yüksək səviyyəli işəgötürən, çalışanlar üçün arzu olunan məkan və uğura aparan aydın yoldur. “Azercell” əldə etdiyi bu nailiyyətdən böyük qürur hissi keçirməlidir”.

Qeyd edək ki, tək və yeganə İnsan Qaynaqları üzrə Keyfiyyət Standartı olan “Investors in People”standartı ilk dəfə 1991-ci ildə İngiltərədə tətbiq edilməyə başlayıb. Beynəlxalq səviyyədə mövcud olan Standart 26 illik fəaliyyəti nəticəsində 78 ölkə və 10.000-dən çox şirkəti əhatə edir. Cari 6-cı nəsil standartı isə 2015-ci ildə beynəlxalq səviyyədə fəaliyyətə keçib.

 

“Azərbaycan”