Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:37 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Abuzər İbrahimi Türkaman: Azərbaycan İrana ən yaxın dost ölkədir
Abuzər İbrahimi Türkaman: Azərbaycan İrana ən yaxın dost ölkədir
ANA SƏHİFƏ / PARLAMENT
07:02 23.02.2018

Fevralın 23-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, birinci vitse-spiker Azərbaycanın İranla münasibətlərə böyük önəm verdiyini söyləyib. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. Dövlət başçılarının keçirdiyi görüşlər, aparılan danışıqlar münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. İki ölkə arasında ticarət dövriyyəsi ilbəil artır. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi reallaşır və bu çərçivədə əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.

Qeyd edilib ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq haqqında Memorandum imzalanıb. Mədəni sahədə əlaqələr genişlənməkdədir. Müxtəlif vaxtlarda İranda Azərbaycan mədəniyyəti günləri, kino həftələri keçirilib. Parlamentlərarası münasibətlər daha da dərinləşir. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsi təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətlidir.

Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən fevralın 26-da Azərbaycan xalqına qarşı erməni işğalçıları tərəfindən törədilmiş Xocalı soyqırımının 26-ci ildönümü ilə əlaqədar keçiriləcək anım tədbirləri barədə məlumat verib.

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. O, Azərbaycanın İrana ən yaxın dost ölkə olduğunu söyləyib. Qeyd edilib ki, onun ölkəsi Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlıqda maraqlıdır. Parlamentlər səviyyəsində də əlaqələrin inkişafı olduqca əhəmiyyətlidir. Gələcəkdə birgə səmərəli fəaliyyət üçün geniş imkanlar var.

Abuzər İbrahimi Türkaman İran parlamentinin sədri Əli Laricaninin Milli Məclisin sədri Oqtay Əsədova dəvət məktubunu təqdim edib.

Söhbət zamanı siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə, habelə parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Fəzail İbrahimli iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM