Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

02:47 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qanunvericilik bazası təkmilləşdirilir
Qanunvericilik bazası təkmilləşdirilir
ANA SƏHİFƏ / PARLAMENT
07:02 23.02.2018

 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyin müzakirəsindən öncə Milli Məclisin Sədri Oqtay Əsədov deputat, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovu yubileyi münasibətilə parlament adından təbrik etdi. Eyni zamanda spiker bir gün öncə Prezident İlham Əliyev tərəfindən Fəttah Heydərovun “İstiqlal” ordeni ilə təltif etdiyini söyləyərək bunu deputatın əmək fəaliyyətinə verilən ən yüksək qiymət adlandırdı.

Sonra cari məsələlərin müzakirəsi başlandı. İlk olaraq parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov vurğuladı ki, Prezident İlham Əliyevin cəza siyasətinin yüngülləşdirilməsi ilə bağlı sərəncamından sonra 1500-dən artıq insanın cəzasının yüngülləşdirilməsi prosesinə başlanılıb: “1993-cü ildən 70 əfv sərəncamı, 11 amnistiya aktı qəbul olunub. Bütün bunlar Heydər Əliyevin siyasətinin əsasını təşkil edir. Müəyyən mətbuat orqanları bunu başqa istiqamətlərdə qələmə verməyə çalışırlar. Azərbaycanda siyasi baxışlarına görə həbs edilən yoxdur. Ayrı-ayrı hakimiyyətlər dövründə repressiyalar olub, amma Yeni Azərbaycan Partiyası hakimiyyətdə olan zaman belə hallara yol verilməyib”.

Sədr Oqtay Əsədov diqqətə çatdırdı ki, Milli Məclisin bir neçə deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda, iclaslarda iştirak edir: “Bu iclasdan sonra bir neçə deputat Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak etmək üçün səfərə çıxacaqlar. Xocalı soyqırımı ilə bağlı Avropa parlamentində bəyanat hazırlanır. Milli Məclis bu istiqamətdə müəyyən addımlar atacaq”.

İclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Şahin İsmayılov, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Elman Nəsirov cari məsələlər ilə bağlı fikirlərini səsləndirdilər.

Sonra 19 məsələnin daxil olduğu gündəlikdəki layihələrin müzakirəsi başlandı. Öncə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” sazişlər təsdiqləndi. Deputatlar həmçinin “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də müsbət münasibət bildirdilər.

İclasda “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında” və “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də səsverməyə çıxarılaraq qəbul olundu. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə edilən texniki dəyişiklik də səsə qoyularaq təsdiqləndi.

Həmçinin İnzibati Xətalar Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Azərbaycan avtomobil yolları - 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də səsə qoyularaq qəbul edildi.

Daha sonra iclasda “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul olundu.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM