Alternative content

21:50 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ötən il kütləvi tibbi müayinələr zamanı respublika üzrə 233 mindən çox insanın sağlamlığı bərpa olunub
Ötən il kütləvi tibbi müayinələr zamanı respublika üzrə 233 mindən çox insanın sağlamlığı bərpa olunub
ANA SƏHİFƏ / Səhiyyə
03:02 23.02.2018

Keçən il Səhiyyə Nazirliyi tərəfindən təşkil edilən profilaktik tibbi müayinələrə ölkə üzrə 18 yaşdan yuxarı 5 milyon 499 min 863 nəfər cəlb olunub. Onlardan 68 min 427 nəfəri dispanser nəzarətinə alınıb, 233 min 458 nəfərin sağlamlığı bərpa olunub. Müayinə olunanların 27 min 59 nəfəri hospitalizasiya olunub, 2 milyon 41 min 388 nəfəri əlavə müayinələrə cəlb edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 23-də Şəki Rayon Mərkəzi Xəstəxanasında bölgə əhalisinin tibbi müayinəsinə həsr olunan mətbuat konfransında məlumat verilib.

Səhiyyə Nazirliyinin nümayəndələrinin, Şəki-Zaqatala bölgəsi rayonlarının mərkəzi xəstəxanalarının baş həkimlərinin iştirak etdiyi tədbirdə respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova çıxış edərək, ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlərin həyata keçirildiyini bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq təşkil edilən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası da məhz belə tədbirlərdəndir. Xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən tibbi müayinələr əhalinin sağlamlığının bərpasında, gələcək nəslin sağlam böyüməsində mühüm rol oynayır.

Sevinc Məmmədova qeyd edib ki, tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Səhiyyə Nazirliyi tərəfindən 4 həkim briqadası yaradılaraq respublikanın 8 bölgəsinə ezam olunub. Bu briqadaların tərkibinə oftalmologiya, endokrinologiya, nevrologiya, cərrahiyə, ginekologiya sahələrində fəaliyyət göstərən yüksəkixtisaslı mütəxəssislər daxil edilib. Onlar ağır, xroniki xəstəlikləri olan insanları bölgə xəstəxanalarında müayinə edir, lazım gələrsə, müalicəsinə yardım göstərirlər.

Mətbuat konfransında Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Novruzov, Qax Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Cəmaləddin Hacıyev, Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov çıxış edərək, bu rayonlarda həyata keçirilən tibbi müayinələrin gedişi barədə məlumat veriblər.

Tədbirdə Səhiyyə Nazirliyinin nümayəndəsi Aris Rüstəmov çıxış edərək, tibbi müayinələrin əhəmiyyətindən danışıb.

Sonra Səhiyyə Nazirliyinin nümayəndələri jurnalistlərin suallarını cavablandırıblar.

Həmin gün Səhiyyə Nazirliyi tərəfindən bölgəyə ezam olunan həkim briqadasının yüksəkixtisaslı mütəxəssisləri Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinələr zamanı ağır xəstəliklər aşkarlanan insanları müayinə edərək onlara lazımi məsləhətlər verib, müalicələrinə yardım göstəriblər.