Alternative content

21:30 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2017-ci ildə beynəlxalq daşımaları həyata keçirən sürücülər tərəfindən 194 yol-nəqliyyat hadisəsi baş verib
2017-ci ildə beynəlxalq daşımaları həyata keçirən sürücülər tərəfindən 194 yol-nəqliyyat hadisəsi baş verib
ANA SƏHİFƏ / PARLAMENT
03:02 23.02.2018

2017-ci ildə beynəlxalq daşımaları həyata keçirən yük avtomobillərinin sürücüləri tərəfindən 123 yol-nəqliyyat hadisəsi baş verib, həmin hadisələrdə 57 nəfər həyatını itirib, 101 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin dövr ərzində beynəlxalq yük daşımaları həyata keçirən avtobusların sürücüləri tərəfindən 71 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 29 nəfər həyatını itirib, 79 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli fevralın 23-də keçirilən plenar iclasda “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsini şərh edərkən deyib.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində yalnız beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların sürücülərinin məsuliyyəti nəzərdə tutulur. Təqdim edilmiş layihəyə görə isə məsuliyyət daşımalı olan subyektlərin dairəsi genişləndirilib və məsuliyyət daşımalı olan şəxslərin dairəsinə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər də əlavə edilib. Bu layihə müzakirəyə təqdim edilməzdən əvvəl beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslərin üzərinə həmin daşımaları həyata keçirən yük avtomobillərini və ümumi istifadədə olan nəqliyyat vasitələrini taxoqrafla təchiz etməli olmaları bir vəzifə kimi onların üzərinə qoyulmayıb. Taxoqrafın təyinatı yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunmasından, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarətdir. Sərnişin və yük daşımalarını həyata keçirən sürücülər bir çox hallarda sürət həddini aşaraq və istirahət rejiminə əməl etmədən nəqliyyat vasitələrini idarə etməkdə davam edirlər, bu da öz növbəsində yorğunluqdan və yuxusuzluqdan ağır yol nəqliyyat hadisələrinin törədilməsinə səbəb olur.

Diqqətə çatdırılıb ki, təqdim olunmuş qanun layihəsinə görə həmin daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar. Dəyişiklik beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri tərəfindən gələcəkdə baş verə biləcək qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunması məqsədini daşıyır.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirə olunan qanun layihəsi səsə qoyularaq qəbul edilib.