Dişləri təmizləməzdən qabaq fırçanı islatmaq vacibdirmi?
Pastanı islaq və ya quru fırçanın üzərinə çəkməyin dişilərin yuyulmasına heç bir ciddi təsiri yoxdur. AZƏRTAC xəbər verir ki, Britaniya Stomatoloji Assosiasiyasının məsləhətçisi professor Demyen Uolmsli bu barədə “IBTimes UK”a nəşrinə verdiyi müsahibədə söyləyib.
Sadəcə, fırça qurudursa, onun tükləri dişləri və diş ətini daha sərt sürtəcək və bu da ağız boşluğunun qıcıqlanması və yüngül zədələnməsi təhlükəsi yarada bilər. Fırça islaq olanda həmin proses daha rahat və xoş olur. “Hansı üsula üstünlük verilməsindən asılı olmayaraq, dişləri gündə iki dəfə - xüsusən ikincisi yatmazdan əvvəl – ftorlu diş pastası ilə yuyulması vacibdir. Proses ən azı iki dəqiqə çəkməlidir”, - deyə D.Uolmsli qeyd edib.
Stomatoloq Liza Kreyven də razılaşır ki, pastanı islaq və ya quru fırçanın üzərinə çəkmək barədə heç bir dəqiq qayda yoxdur. Bununla belə, o, rahatlıq üçün dişləri yumazdan əvvəl fırçanı isti su ilə nəmləndirməyi məsləhət görür. “Diş pastasının tərkibindəki su onun köpüklənməsinə kömək etsə də, dişlərin islaq fırça ilə yuyulması daha xoşdur. Belə edilməsi rahatlıq bəxş edir və dişlərini daha yaxşı yumaq olur,” – deyə stomatoloq izah edib. Dişləri yuduqdan dərhal sonra ağzı su ilə yaxalamağa da ehtiyac yoxdur, çünki bu zaman pastanın tərkibindəki diş və diş əti üçün faydalı olan maddələr də yuyulub gedir. Mütəxəssislərin fikrincə, ən yaxşısı pasta qalıqları təmizləndikdən bir az sonra ağzı yüngülcə yaxalamaqdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq ...
25 Aprel
Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib
25 Aprel
Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB ...
25 Aprel
Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir ...
25 Aprel
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçi...
25 Aprel
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb ...
25 Aprel
Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb
25 Aprel
Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir
25 Aprel
İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatl...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!