Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:59 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azad iqtisadi zonanın fəaliyyəti qanunla tənzimlənəcək
Azad iqtisadi zonanın fəaliyyəti qanunla tənzimlənəcək
ANA SƏHİFƏ / PARLAMENT
04:02 22.02.2018

Fevralın 22-də Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya, iqtisadi siyasət, sənaye və sahibkarlıq, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birinci oxunuşdan sonra qanun layihəsinə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verən Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov sənəddə redaktə xarakterli bəzi düzəlişlərin aparıldığını bildirib. Əsaslı dəyişikliklər azad zona səlahiyyətli qurumunun hüquq və vəzifələrinə, idarə edilməsinə, developerin hüquq və vəzifələrinə, azad zonada gömrük işi, sərhəd rejimi, əmək qaydaları və mübahisələrin həlli qurumlarının qərarlarının icrasına dair maddələrdə edilib. Azad zonada işçi dili barədə maddəyə Azərbaycan və ingilis dilləri ilə yanaşı “zərurət yarandıqda başqa dillər də” işlədilə bilər ifadəsi əlavə olunub.

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini yeni başlanğıc kimi qiymətləndirən iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, qanun layihəsi kifayət qədər mükəmməl hazırlanıb, dünya təcrübəsindəki ən qabaqcıl qanunlara əsaslanıb, ölkəmizdəki iqtisadi qurumların tövsiyələri sənəddə nəzərə alınıb. Bu qanun parlamentlə hökumət arasında qarşılıqlı əməkdaşlıq nümunəsidir.

Müzakirələrdə deputatlar Əli Məsimli, İlham Əliyev, Rafael Cəbrayılov, Vüsal Hüseynov, Milli Məclis Aparatının şöbə müdiri Nizami Səfərov qanun layihəsi barədə müsbət fikirlərini ifadə ediblər. Çıxışlarda qeyd və təkliflər də səslənib.

İclasda deputatları narahat edən məqamlara aydınlıq gətirildikdən sonra “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM