Alternative content

06:13 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cümhuriyyət dövrünün pul vahidləri həmin dövrün öyrənilməsi baxımından çox dəyərlidir
Cümhuriyyət dövrünün pul vahidləri həmin dövrün öyrənilməsi baxımından çox dəyərlidir
ANA SƏHİFƏ / Elm və texnika
08:02 21.02.2018

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin bonistika kolleksiyasında tariximizin ən önəmli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid pul vahidləri qorunub saxlanılır.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün pul vahidləri, istiqrazlar muzeyin köməkçi tarixi fənn materialları fondunun bonistika bölməsində yer alıb. Müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 1, 25, 50, 100, 250 və 500 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində “Аzerbaydjanskaya Respublika” ifadələri, nominal dəyəri və buraxıldığı tarix göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti onun milli valyutası olan manatın beynəlxalq miqyasda tanınması işinə yönəlmişdi. Məhz bu baxımdan Cümhuriyyətin Antanta dövlətləri tərəfindən tanınması nəzərə alınaraq 500 manatlıq əskinasın üzərində dövlətin adı və pulun dəyəri fransız dilində verilib. Cümhuriyyətin kağız pul dövriyyəsi tarixinin maraqlı səhifələrindən biri də çox dəyərli sənədlərdən sayılan faizsiz və uduşlu 500 manat məbləğində istiqrazların buraxılışıdır. Bu istiqraz Azərbaycan hökumətinin icazəsi ilə Bakı İdarəsi tərəfindən 1919-cu il avqustun 20-də buraxılıb. Bu biletin üzərində istiqrazın buraxılması haqqında qanundan iqtibas, uduşun miqdarı, qaydaları və müddəti göstərilib.

Cümhuriyyət dövrünün pul vahidləri və istiqrazlar həmin dövrün öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir və öz tədqiqatçılarını gözləyir.