Alternative content

11:20 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avstriya nümayəndə heyətinə Azərbaycandakı inkişaf prosesləri barədə məlumat verilib
Avstriya nümayəndə heyətinə Azərbaycandakı inkişaf prosesləri barədə məlumat verilib
ANA SƏHİFƏ / PARLAMENT
05:02 21.02.2018

Fevralın 21-də Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkəmizdə səfərdə olan Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya nazirinin müavini Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Avstriya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi bildirilib.

Komitə sədri Eldar İbrahimov Avstriyanın kənd təsərrüfatı sahəsində inkişaf etmiş ölkələrdən biri olduğunu deyib və vurğulayıb ki, bu sahədə ölkənin böyük təcrübəsi var.

Görüşdə qonaqlara Azərbaycan haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, ölkəmizdə iqtisadiyyatın, xüsusilə də kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Son 14 ildə iqtisadiyyatımız 3,2, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracında 4 dəfə artım olub.

Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün intensiv əlaqələrin saxlanıldığı vurğulanıb.