Alternative content

12:15 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Dövlət Universitetinin təsis edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir
Bakı Dövlət Universitetinin təsis edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir
ANA SƏHİFƏ / Elm və texnika
04:02 21.02.2018

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çərçivəsində fevralın 21-də Suraxanı Rayon İcra Hakimiyyətində Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BDU-nun bu rayondan olan məzunları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, daha sonra Ümummilli Liderin adını daşıyan parkda BDU-nun 100 illiyi ilə əlaqədar xatirə ağacı əkilib.

Tədbir iştirakçıları Bakı Dövlət Universitetinə həsr edilmiş sərgi ilə tanış olublar.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində BDU-nun 100 illik yubileyinin bu ali məktəbi müxtəlif illərdə bitirmiş suraxanılı məzunların iştirakı ilə keçirilməsini əlamətdar hadisə adlandırıb. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamının əhəmiyyətini qeyd edən İ.Abbasov AXC-nin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirməsindən, BDU-nun da milli hökumət tərəfindən yara-dılmasından danışıb, bu universitetin xalqımızın təhsil və elm tarixində oynadığı rolu xüsusi vurğulayıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumla BDU arasındakı əlaqələrdən, universitetin yubileyi ilə bağlı keçiriləcək tədbirlərdən, əməkdaşlıq məsələlərindən söz açıb.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamlardan danışıb. Bildirilib ki, cəmi 23 ay yaşamış AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. 1919-cu ildə BDU-nun təsis edilməsinin AXC-nin gördüyü mühüm işlərdən biri olduğunu deyən rektor vurğulayıb ki, milli hökumət yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atıb. Rektor o dövrdə universitetin yaradılması ideyasının meydana çıxmasını şərtləndirən bir sıra amillər haqqında da danışıb. BDU-nun və ölkəmizin tarixləri arasında bir vəhdətin, üzvi əlaqənin olduğunu deyən rektor bildirib ki, bu ali məktəbin yaranması tarixinə nəzər saldıqda respublikamız kimi onun da nə qədər çətinliklərlə üzləşdiyini müşahidə etmək mümkündür. Bu tarix bütövlükdə müstəqil Azərbaycanın yaranmasında xalqımız qarşısında dayanan maneələri, xalqımıza bu işdə dəstək olan çoxsaylı xeyirxah insanları, eyni zamanda, ölkəmizi müstəqil, sivil ölkələr sırasında görmək istəməyən qüvvələri özündə əks etdirir.

A.Məhərrəmov deyib ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı BDU hər bir ölkənin iqtisadi, mədəni və intellektual səviyyəsinin barometri hesab edilən milli universitet missiyasını bu gün şərəflə həyata keçirir. BDU-nun Heydər Əliyev, Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Lev Landau, Mir Cəlal Paşayev, Əşrəf Hüseynov, Zahid Xəlilov, Abdulla Qarayev, Bəxtiyar Vahabzadə kimi dünya şöhrətli məzunlarının olduğunu deyən rektor universiteti indiyədək 150 minədək məzunun bitirdiyini bildirib. Qeyd edilib ki, cəmi iki fakültə ilə fəaliyyətə başlayan universitetin hazırda humanitar, fundamental və təbiət elmləri sahələrini əhatə edən 17 fakültəsində 65 ixtisas, 210 ixtisaslaşma üzrə 22 mindən artıq tələbə Azərbaycan, rus və ingilis dillərində təhsil alır.

A.Məhərrəmov “Universitetin dostu” mükafatını İ.Abbasova təqdim edib.

BDU-nun Suraxanı rayonundan olan məzunları Məhluqə Əzizova, Oqtay Səmədov, Elşad Həsənov universitetlə bağlı xatirələrini bölüşüblər. BDU-nun birinci kurs tələbəsi Nərminə Nəzərli bu ali məktəbdə gənclərin keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Sonra “Sütunlar” filmi nümayiş etdirilib.

Tədbir 2019-cu ildə keçiriləcək BDU məzunlarının qurultayına nümayəndələrin seçilməsi və konsert proqramı ilə başa çatıb.