Alternative content

10:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik İsa Həbibbəyli: Ana dilimizin inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub
Akademik İsa Həbibbəyli: Ana dilimizin inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub
ANA SƏHİFƏ / Elm və texnika
11:02 21.02.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, institutun direktoru, akademik İsa Həbibbəyli ölkəmizdə və AMEA-da dilimizin inkişafı, qorunması və təbliği istiqamətində həyata keçirilən dövlət proqramlarından, layihə və tədbirlərdən söz açıb.

Bildirilib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub.

Sonra Abşeron rayonu Mehdiabad qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdləri ana dili ilə bağlı şeirlər söyləyiblər.