Alternative content

23:56 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fevralın 22-də Bakı şəhəri üzrə birinci sinfə elektron qeydiyyat başlanır
Fevralın 22-də Bakı şəhəri üzrə birinci sinfə elektron qeydiyyat başlanır
ANA SƏHİFƏ / Təhsil
05:02 20.02.2018

2018-2019-cu tədris ili üçün birinci sinfə elektron sənəd qəbulu Bakı şəhəri üzrə fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə martın 12-də başlanacaq.

AZƏRTAC xəbər verir ki, elektron sənəd qəbulu sentyabrın 15-dək davam edəcək. 2018-2019-cu tədris ilində Bakı şəhəri üzrə birinci sinfə əlli mindən çox uşağın qəbulu gözlənilir.

Birinci sinfə elektron sənəd qəbulu sistemində bu il tətbiq edilən yeniliyə əsasən, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların birinci sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur.

Qeyd edək ki, vətəndaşlar elektron ərizənin qeydiyyatı ilə əlaqədar sual yarandıqda şəhər və rayon ərazisində fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə, bütün digər hallarla bağlı narazılıq yarandıqda isə şəhər və rayon ərazisində fəaliyyət göstərən apellyasiya komissiyalarına müraciət edə bilərlər.