20 Fevral 2018 12:02
480
MSK
A- A+

Azərbaycan Respublikası üzrə 2018-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə

 

Qərar № 5/40

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyaları ilə birlikdə həyata keçirdiyi fəaliyyət istiqamətlərindən biri də  hər il vahid seçici siyahılarının tərtib edilməsi, dəqiqləşdirilməsi və ictimailəşdirilməsidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46.12-ci maddəsinə əsasən, seçki məntəqəsi üzrə tərtib olunmuş ilkin seçici siyahıları hər il fevralın 5-dən gec olmayaraq (lakin səsvermə gününə azı 25 gün qalmış) dairə seçki komissiyasına, seçki dairələri üzrə ilkin seçici siyahıları isə aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Müvafiq iş aparıldıqdan və may ayının 30-dan gec olmayaraq dairə və məntəqələr üzrə məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunduqdan sonra həmin siyahılar dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək ictimailəşdirilməlidir.

Bununla yanaşı, Seçki Məcəlləsinin 46.1-ci maddəsinin tələbinə görə səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilməli olan seçici siyahıları məntəqə seçki komissiyaları tərəfindən seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçicilərə bu barədə məlumat verməklə səsvermə gününə azı 35 gün qalmış təqdim edilməli və bunun üçün müvafiq şərait yaradılmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamı ilə  Azərbaycan Respublikası Prezidentinin seçkiləri cari il aprelin 11-nə təyin edildiyindən seçici siyahılarının tərtib edilməsi, dəqiqləşdirilməsi və ictimailəşdirilməsi ilə bağlı seçki qanunvericiliyində müəyyənləşdirilmiş müddətlərə Seçki Məcəlləsinin 207-ci maddəsində nəzərdə tutulmuş qaydada yenidən baxılmasına ehtiyac yaranmışdır. Belə ki, ölkə üzrə vahid seçici siyahılarının mayın 30-dək təsdiq edilməsi tələbi seçicilərin onlarla tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün səsvermə gününə azı 35 gün qalmış ictimailəşdirilməsi tələbi ilə uzlaşdırılmalıdır.

Buna görə də seçki dairələri üzrə seçici siyahılarının fevralın 25-dən gec olmayaraq  təsdiq edərək Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi dairə seçki komissiyalarına tövsiyə edilməli, Mərkəzi Seçki Komissiyası isə öz növbəsində siyahıları nəzərdən keçirərək dəqiqləşdirmə, tərtibetmə və ictimailəşdirmə fəaliyyətini martın 1-dən gec olmayaraq yekunlaşdırmalıdır. Dairə və məntəqələr üzrə təsdiq edilməsi üçün aşağı seçki komissiyalarına göndərildikdən sonra daimi seçici siyahıları Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilməlidir. Bununla yanaşı, dairə və məntəqə seçki komissiyaları siyahıları rəsmi qaydada təsdiq etdikdən sonra martın 7-dən gec olmayaraq (səsvermə gününə azı 35 gün qalmış) seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün ictimailəşdirməlidirlər.

Qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.17-ci, 28.2-ci, 28.4-cü, 45.2-ci, 45.3-cü, 46.1-ci, 46.12-ci, 48.1-ci və 207-ci maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası üzrə 2018-ci ilin daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari il martın 3-dək başa çatdırılsın.

2. Bununla əlaqədar:

2.1. Seçki dairələri üzrə dəqiqləşdirilmiş seçici siyahılarının (təsdiq edilmə tələblərinə əməl olunmaqla) fevralın 25-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi dairə seçki komissiyalarına tövsiyə edilsin;

2.2. Martın 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən respublika üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi və tərtib edilməsi işinə yekun vurulsun və siyahılar martın 3-dək (dairə və məntəqələr üzrə təsdiq edilməsi üçün) müvafiq dairə seçki komissiyalarına göndərilsin;

2.3. Daimi seçici siyahıları dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edildikdən sonra Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin;

2.4. Dairə və məntəqələr üzrə seçici siyahıları cari ilin martın 7-dən gec olmayaraq (səsvermə gününə azı 35 gün qalmış) seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün ictimailəşdirilsin.

3. Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları tərəfindən öz səlahiyyətləri daxilində bu qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görsün.

4. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

19.02.2018

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video