Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:46 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsmayıllılılar tibbi müayinənin keçirilməsindən razılıq edirlər
İsmayıllılılar tibbi müayinənin keçirilməsindən razılıq edirlər
ANA SƏHİFƏ / Səhiyyə
12:02 20.02.2018

 

Fevral ayının 12-dən başlayaraq ölkə əhalisinin tibbi müayinəsi keçirilir. Bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün şəhər və rayon icra hakimiyyətləri səhiyyə orqanları ilə birlikdə bütün təşkilati işləri həyata keçirirlər. Eyni zamanda, əhali arasında izahat-maarifləndirmə işi aparılmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görülür.

Bu iş İsmayıllı rayonunda da yüksək səviyyədə icra olunur. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Aydın Əsədov bildirir ki, rayonda 16 məntəqə təşkil olunub. 86 min 106 nəfər əhali may ayının 12-dək tibbi müayinədən keçməlidir. Bunlardan da 18 yaşa qədər olan uşaqların sayı 24 min 449 nəfərdir.

Ərazinin böyüklüyü və relyef mürəkkəbliyi nəzərə alınaraq tibbi müayinələrin keçirilmə  coğrafiyası da genişdir. Bu sıraya İsmayıllı Rayon Mərkəzi Xəstəxanası, poliklinika şöbəsi, uşaq poliklinikası, Lahıc və İvanovka xəstəxanaları və 11 həkim məntəqəsi də daxildir.

Baş həkim xüsusi olaraq qeyd etdi ki, əhali hərtərəfli klinik, laborator, rentgen və s. müayinələrdən keçirilir. Ucqar kəndlərdə yaşayan sakinlər də diqqətdə saxlanılıb. Tibbi müayinənin aparılması məqsədilə səyyar həkim briqadaları yaradılıb. Həmin sakinlər öz kəndlərində lazımi qaydada tibbi müayinədən keçirilirlər. Onların arasında aşkarlanan hər hansı xəstəliklə bağlı ehtiyac yarandıqda İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına, daha ciddi problem olanlar aşkarlandıqda isə Bakı şəhərindəki xəstəxanalara göndərilirlər.

İndiyədək rayonda 3750 nəfərdən çox əhali tibbi müayinədən keçirilib. Bunlardan 81 nəfər ambulator, 18 nəfər isə stasionar müalicəyə cəlb olunub. 11 nəfər isə Bakı şəhərinə göndərilib.

Müayinə olunan insanlara yaxınlaşırıq. Təzəkənd kənd sakini Mənsurə Alıyeva, Qarakolluq kəndindən Təranə Məmmədova yaradılan şəraitə, göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə etdilər. Həmçinin belə nəcib təşəbbüslə çıxış edən ölkə rəhbərliyinə rayon sakinləri adından “çox sağ ol” dedilər və həmişə olduğu kimi bundan sonra da ismayıllılıların dövlətin və dövlətçiliyin yanında olacağını xüsusi vurğuladılar.

 

Əli SƏLİMOV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM