19 Fevral 2018 08:02
426
PARLAMENT
A- A+

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Fevralın 19-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri Əli Hüseynli bildirib ki, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi müzakirəyə təqdim olunub.

Sənəd barədə Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin DNT tədqiqatı qrupunun rəhbəri Elnur Nəsibov məlumat verib. Diqqətə çatdırılıb ki, qanun ölkəmizdə dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir. Layihədə dövlət daktiloskopik qeydiyyatı, daktiloskopik məlumat bankı, dövlət genom qeydiyyatı, DNT məlumat bankı və digər anlayışların izahatı verilir. Qeyd edilir ki, ölkədə dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır. Bu zaman Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməklə qanunçuluq, konfidensiallıq və könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə əməl edilir.

Qanun layihəsində deyilir ki, qeydiyyatın aparılması nəticəsində əldə olunan məlumatlardan itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitlərin, habelə, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi, cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması üçün istifadə edilir. Sənəddə məcburi və könüllü dövlət daktiloskopik və genom qeydiyyatının şərtləri öz əksini tapıb. Eyni zamanda, daktiloskopik və genetik məlumatların saxlanılması və istifadəsinin əsas tələbləri, müddəti və məhv edilməsi ilə bağlı qaydalar ehtiva olunur.

Qanuna əsasən, məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar, miqrasiya orqanları daktiloskopik məlumatlardan istifadə etmək hüququna malikdirlər. Daktiloskopik məlumat bankında və DNT məlumat bankında saxlanılan məlumatlar xarici dövlətlərin dövlət orqanlarına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq verilə bilər.

Parlament Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov çıxışında söyləyib ki, qanunun hazırlanması zamanı Böyük Britaniyanın, Almaniyanın, Avstriyanın bu sahədəki qanunvericiliyi öyrənilib. Beynəlxalq təcrübədə bununla bağlı müxtəlif yanaşmalar mövcuddur. Qeyd edilib ki, qanun insan hüquqlarının qorunması baxımından böyük əhəmiyyətə malikdir. Qanunun qəbulunu şərtləndirən amillərdən biri də Azərbaycanın beynəlxalq cinayətkarlıqla, o cümlədən terrorizmlə mübarizədə fəal iştirakıdır.

Deputatlar Rafael Cəbrayılov, Tahir Kərimli, Çingiz Qənizadə, Məlahət İbrahimqızı sənəd barədə öz fikirlərini açıqlayıblar, qeyd və təkliflərini səsləndiriblər.

Tədbirin sonunda “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video