Alternative content

03:23 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
ANA SƏHİFƏ / MSK
07:02 19.02.2018

Məzahir Pənahovun sədrliyi ilə fevralın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2018-ci il 17 fevral tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sonra ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələyə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası üzrə 2018-ci ilin daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsinin cari ilin martın 3-dək başa çatdırılması qərara alınıb.

Komissiyanın iclasında, həmçinin 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsi təsdiq olunub.

Beynəlxalq təşkilatların, xarici ölkələrin diplomatik nümayəndəliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM