Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

07:51 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şirin olsa da, şəkərli diabet zamanı istifadə edilir
Şirin olsa da, şəkərli diabet zamanı istifadə edilir
ANA SƏHİFƏ / Səhiyyə
11:02 19.02.2018

Yerkökü ən faydalı meyvəköklərindən sayılır, hələ eramızdan əvvəl III əsrdə onun əkilib-becərilməsinə dair məlumatlar var. Antik tibbin atası hesab olunan Hippokratın və Şərqin məşhur təbibi İbn Sinanın əlyazmalarında da bitki haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim zamanlarda istifadə edilən yerkökü sarı, ağ və bənövşəyi rəngdə olub. Ondan daha çox ətirli yarpaqları və toxumlarına görə istifadə edilib. Sonralar Hollandiyada mədəni sortların seleksiyası zamanı əldə edilən narıncı rəngli yerkökü daha şirin və yeməli olduğundan geniş şəkildə becərilməyə başlanılıb. 1991-ci ildə Avropa Şurasında yerkökü meyvə olaraq qəbul edilib.

AZƏRTAC tibbi saytlara istinadən xəbər verir ki, meyvəyə narıncı rəng verən beta-karotin vaxtından qabaq qocalmanın qarşısını alır, immun sistemini möhkəmləndirir və orqanizmə müsbət təsir göstərir. Beta-karotin tərkibinə görə yalnız şirin bibərdən geri qalan yerkökü dadına görə onu qat-qat üstələyir.

Artıq çəkinin qarşısını almaqda vacib rol oynayan yod və sellüloza yerkökünün tərkibində çoxluq təşkil edir. Yerkökü ilə qidalanmazdan əvvəl səliqə ilə yuyub xüsusi bıçaqla təmizləmək lazımdır. Bitkinin üst qatında faydalı maddələr toplandığına görə onun qabığını nazik soyanda həmin maddələr itkiyə getmir. Cavan yerkökünü soymadan, axar su altında şotka ilə tərtəmiz yuyandan sonra istifadə etmək daha yaxşıdır.

Boy və iştahaartırıcı təsirlərinə görə yerkökü uşaqların qidalanmasında əhəmiyyətli rol oynayır. Tərkibində 12 faiz şəkər olduğuna görə yerkökü meyvələri şirin dada malikdir, buna baxmayaraq şəkərli diabet zamanı da istifadə edilir. Lakin onun şirəsini içməkdənsə çiy halda yemək daha faydalıdır, çünki çiy halda bitki lifləri şəkərin sorulmasını zəiflədir. Minerallar və vitaminlərlə zəngin olduğuna görə yerkökü şirəsi süd verən analarda südün gündəlik miqdarını artırır, onun keyfiyyətini yaxşılaşdırır.

Həddindən artıq istifadə ediləndə yağda həll olan karotin maddəsi dərialtı piy qatında toplanaraq dərinin rəngini saralda bilər. Qaraciyər xəstəliyindən fərqli olaraq bu zaman gözün ağlı qişası saralmır və qanda bilirubinin miqdarı normal olur. Həmin vaxt yerkökündən istifadə edilməsini azaltmaq və bir müddət dayandırmaq lazımdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM