Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

02:06 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
“Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / Fərmanlar
01:02 18.02.2018

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2099) aşağıdakı dəyişikliklər edilsin:

1.1.      adında, preambulasında, 2-ci və 3-cü hissələrdə “və Yevlax rayonunun” sözləri “, Yevlax və Ağdaş rayonlarının” sözləri ilə əvəz edilsin;

1.2.      1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə” təsdiq edilsin (əlavə olunur)”;

1.3.      4-cü hissədə “və Yevlax rayonunun” sözləri “, Yevlax və Ağdaş rayonlarının” sözləri ilə əvəz edilsin və həmin hissədən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

1.4.      5-ci hissədən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

1.5.      5.2-ci bənddə “və Yevlax rayonunun” sözləri “, Yevlax və Ağdaş rayonlarının” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

1.6.      həmin fərmanla təsdiq edilmiş “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə” üzrə:

1.6.1. adında və 1-ci hissənin mətnində “və Yevlax rayonunun” sözləri  “, Yevlax və Ağdaş rayonlarının” sözləri ilə əvəz edilsin;

1.6.2. 2.1.2-ci  yarımbənddə (hər iki halda) “və ya Yevlax rayonunda” sözləri  “, Yevlax və Ağdaş rayonlarında” sözləri ilə əvəz edilsin;

1.6.3. 2.1.7-ci yarımbənddə “Mingəçevir şəhəri və ya Yevlax rayonu ərazisində” sözləri “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində” sözləri ilə əvəz edilsin;

1.6.4. 3.1-ci bənddə “Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisinə” sözləri “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərinə” sözləri ilə əvəz edilsin;

1.6.5. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Pilot layihə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-də, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə bu fərman qüvvəyə mindiyi gündən başlayır və 2019-cu il fevralın 1-də başa çatır.”;

1.6.6. həmin fərmanla təsdiq edilmiş “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri”nin və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri”nin adlarında “və Yevlax rayonunun” sözləri “, Yevlax və Ağdaş rayonlarının” sözləri ilə əvəz edilsin;

1.6.7. həmin fərmanla təsdiq edilmiş “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) tərəfindən həyata keçirilməsi mümkün olmayan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı”nın adında  “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.      Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.      Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.      mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4.      bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 fevral 2018-ci il

 

 

Mingəçevir şəhərinin, Ağdaş  və Yevlax rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqinə dair tədbirlər planı

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

  

Sıra

№-si

Tədbirin adı

İcraçılar

İcra müddəti

  1.     

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (bundan sonra – Agentlik) ayrılmış maliyyə vəsaitləri nəzərə alınmaqla pilot layihənin büdcəsinin təsdiq edilməsi

Agentlik

1 mart

2018-ci il tarixinədək

  1.     

Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçılarının icbari tibbi sığortanın tələblərinə əsasən maliyyələşdirilməsinə keçid

Agentlik

1 aprel

2018-ci il tarixinədək

  1.     

Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçılarının icbari tibbi sığortanın tələblərinə əsasən maliyyələşdirilməsi

Agentlik

 pilot layihə müddəti ərzində

  1.     

Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçılarının nizamnamələrinin təsdiq edilməsi, publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi, onların strukturunun optimallaşdırılması, fəaliyyətlərinin və idarəetmə prinsiplərinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması, yenidən təşkili  (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə, əsasında yaradılması və s.), müasir tələblər nəzərə alınmaqla səlahiyyətlərinin genişləndirilməsi

Agentlik,

Vergilər Nazirliyi

1 mart

2018-ci il tarixinədək

  1.     

Ağdaş  rayonunun  inzibati ərazisində ilkin səhiyyə xidmətləri göstərən tibb təchizatçılarının fəaliyyətinin təkmilləşdirilməsi, həmin tibb təchizatçılarının maddi-texniki və kadr potensialının gücləndirilməsi, Mingəçevir şəhəri və  Yevlax rayonu üzrə bu işin davam etdirilməsi

 

 

Agentlik

1 iyun

2018-ci il tarixinədək

  1.     

Ağdaş rayonunun inzibati ərazisində təcili və təxirəsalınmaz tibbi yardımın (bundan sonra – TTTY) gücləndirilməsi, o cümlədən maddi-texniki bazasının yaxşılaşdırılması, TTTY postlarının ərazi üzrə yerləşməsinin optimallaşdırılması, habelə  Agentliyin tabeliyində olan tibb təchizatçısının ərazisində stasionar TTTY xidmətinin təkmilləşdirilməsi, Mingəçevir şəhəri və  Yevlax rayonu üzrə bu işin davam etdirilməsi

Agentlik

1  iyun

2018-ci il tarixinədək

  1.     

Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçıları üçün elektron informasiya sistemlərinin (proqram təminatı, rabitə və təhlükəsizlik sistemlərinin) qurulması, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində həmin sistemlərin təkmilləşdirilməsi

Agentlik

1 iyun

2018-ci il tarixinədək

  1.     

Ağdaş rayonunun inzibati ərazisində icbari tibbi sığortanın pilot layihə çərçivəsində elektron qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə elektron portalın yaradılması

Agentlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

1 iyun

2018-ci il tarixinədək

  1.     

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində elektron portalın fəaliyyətinin təmin olunması üçün işlərin davam etdirilməsi

Agentlik,

Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi,

Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi,  Dövlət Miqrasiya Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

pilot layihə müddəti ərzində

   10.

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə üzrə maliyyə xərclərinin təhlili və bu barədə Azərbaycan Respublikasının Səhiyyə və Maliyyə nazirliklərinə məlumat verilməsi

 

 

 

Agentlik

 

hər rüb üzrə

 

      11.    

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin nəticə və göstəricilərinə əsasən icbari tibbi sığortanın 2019-cu ildə ölkə miqyasında tətbiqi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi

 

Agentlik,

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

 

1 sentyabr 2018-ci il tarixinədək

     12. 

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının  inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçılarının hesabatlılığının gücləndirilməsi və tibbi statistik məlumatların tamlığının təmin edilməsi

Agentlik

pilot layihə müddəti ərzində

13.

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçıları tərəfindən göstərilən tibbi xidmətlərin keyfiyyətinin ölçülməsi məqsədilə beynəlxalq təcrübəyə uyğun keyfiyyət indikatorlarının tətbiq edilməsi və tibbi statistik məlumatların həmin indikatorlara uyğun  işlənilməsi

Agentlik

pilot layihə müddəti ərzində

14.

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində əhali məmnuniyyətinin ölçülməsi məqsədilə sorğuların keçirilməsi

Agentlik

pilot layihə müddəti ərzində

15.

Pilot layihənin yekunlarına dair hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi

Agentlik

1 mart

 2019-cu il tarixinədək


Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM