Ailəmizi də unutmurlar
Hörmətli redaksiya!
Mən Azərbaycanın Milli Qəhrəmanı Firuddin Şamoyevin həyat yoldaşıyam. Ölkə rəhbəri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında prezidentliyə namizədliyi irəli sürüləndən sonra sizə məktub yazıb düşüncələrimi qəzetinizin oxucuları ilə bölmək qərarına gəldim. Bəri başdan deyim ki, biz cənab İlham Əliyevə səs verəcəyik. Onun ölkəyə rəhbərlik etdiyi 14 il ərzində Azərbaycan çox uğurlara imza atıb. İndi Azərbaycan dünyanın tanınan, sayılıb-seçilən dövlətləri sırasındadır. Həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da çox iş görülüb. Azərbaycan əsgərinin nəyə qadir olduğunu 2016-cı ilin aprel döyüşlərində gördük.
Əsgərlərimizin hünərindən söz açmağım təsadüfi deyil. Əgər 1990-cı illərin əvvəllərində ordumuz indiki kimi qüdrətli olsaydı, mənfur qonşularımız bizim nə torpağımızı işğal edə bilərdilər, nə də bu qədər şəhid verərdik. Onu da bilirəm ki, Qazax rayonunun 285 igidi torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Onlardan biri Firuddin idi. O, 1963-cü ildə Qazax şəhərində dünyaya göz aşmış, burada böyüyüb başa çatmış, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdu. Ermənilərin torpaqlarımıza təcavüzü, onların vəhşilikləri Firuddini də narahat edirdi. 1991-ci ilin iyul ayında könüllülərdən ibarət dəstəyə yazıldı. Sonra “N” saylı hərbi hissəyə komandir təyin edildi. Qazax rayonunun Bağanıs-Ayrım, Məzən, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak edib düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, zirehli texnikasını sıradan çıxarmış, 1992-ci il aprel ayının 13-də Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə həlak olmuşdur. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
O vaxtdan çox illər ötüb. Digər şəhidlərimiz, Milli Qəhrəmanlarımız kimi Firuddin Şamoyev də unudulmur. Qazax şəhərinin mərkəzində onun adına bulaq kompleks inşa edilmiş, vaxtilə təhsil aldığı 4 nömrəli şəhər orta məktəbə adı verilmişdir. Hər il rayon rəhbərliyinin iştirakı ilə Firuddinin doğum günü geniş qeyd edilir. Adını daşıyan məktəbin müəllim və şagirdləri Şəhidlər xiyabanındakı məzarını ziyarət edib üstünə tər qərənfillər düzürlər. Bu yaxınlarda da onun doğum günü geniş qeyd edildi. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə iştirak edib ölkəmizdə şəhidlərə göstərilən dövlət qayğısından danışdı. Firuddinin igidliyindən söz açdı. Məktəblilər qəhrəmanın şücaətindən bəhs edən ədəbi-bədii kompozisiyanı nümayiş etdirdilər. Belə tədbirlər yeniyetmə və gənclərimizdə vətənpərvərlik hissini qüvvətləndirir. Onu da deyim ki, ailəmizə dövlət tərəfindən daim böyük qayğı göstərilir.
Hamayıl ŞAMOYEVA,
Qazax şəhəri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq
29 Mart
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
29 Mart
Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
29 Mart
Azərbaycan Premyer Liqası: "Qəbələ"-"Neftçi"- 0:1
29 Mart
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb...
29 Mart
Prezidentin Mətbuat Xidmətinin məlumatı
29 Mart
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul ed...
29 Mart
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq
29 Mart
BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub...
29 Mart
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!