Alternative content

13:46 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ailəmizi də unutmurlar
Ailəmizi də unutmurlar
ANA SƏHİFƏ / Oxucu məktubları
12:02 18.02.2018

 

Hörmətli redaksiya!

Mən Azərbaycanın Milli Qəhrəmanı Firuddin Şamoyevin həyat yoldaşıyam. Ölkə rəhbəri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında prezidentliyə namizədliyi irəli sürüləndən sonra sizə məktub yazıb düşüncələrimi qəzetinizin oxucuları ilə bölmək qərarına gəldim. Bəri başdan deyim ki, biz cənab İlham Əliyevə səs verəcəyik. Onun ölkəyə rəhbərlik etdiyi 14 il ərzində Azərbaycan çox uğurlara imza atıb. İndi Azərbaycan dünyanın tanınan, sayılıb-seçilən dövlətləri sırasındadır. Həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da çox iş görülüb. Azərbaycan əsgərinin nəyə qadir olduğunu 2016-cı ilin aprel döyüşlərində gördük.

Əsgərlərimizin hünərindən söz açmağım təsadüfi deyil. Əgər 1990-cı illərin əvvəllərində ordumuz indiki kimi qüdrətli olsaydı, mənfur qonşularımız bizim nə  torpağımızı işğal edə bilərdilər, nə də bu qədər şəhid verərdik. Onu da bilirəm ki, Qazax rayonunun 285 igidi torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Onlardan biri Firuddin idi. O, 1963-cü ildə Qazax şəhərində dünyaya göz aşmış, burada böyüyüb başa çatmış, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdu. Ermənilərin torpaqlarımıza təcavüzü, onların vəhşilikləri Firuddini də narahat edirdi. 1991-ci ilin iyul ayında könüllülərdən ibarət dəstəyə yazıldı. Sonra “N” saylı hərbi hissəyə komandir təyin edildi.  Qazax rayonunun Bağanıs-Ayrım, Məzən, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak edib düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, zirehli texnikasını sıradan çıxarmış, 1992-ci il aprel ayının 13-də Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə həlak olmuşdur. Ölümündən sonra  ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

O vaxtdan çox illər ötüb. Digər şəhidlərimiz, Milli Qəhrəmanlarımız kimi Firuddin Şamoyev də unudulmur. Qazax şəhərinin mərkəzində onun adına bulaq kompleks inşa edilmiş, vaxtilə təhsil aldığı 4 nömrəli şəhər orta məktəbə adı verilmişdir. Hər il rayon rəhbərliyinin iştirakı ilə Firuddinin doğum günü geniş qeyd edilir. Adını daşıyan məktəbin müəllim və şagirdləri Şəhidlər xiyabanındakı məzarını ziyarət edib üstünə tər qərənfillər düzürlər. Bu yaxınlarda da onun doğum günü geniş qeyd edildi. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə iştirak edib ölkəmizdə şəhidlərə göstərilən dövlət qayğısından danışdı. Firuddinin igidliyindən söz açdı. Məktəblilər qəhrəmanın şücaətindən bəhs edən ədəbi-bədii kompozisiyanı nümayiş etdirdilər. Belə tədbirlər yeniyetmə və gənclərimizdə vətənpərvərlik hissini qüvvətləndirir. Onu da deyim ki, ailəmizə dövlət tərəfindən daim böyük qayğı göstərilir.

 

Hamayıl ŞAMOYEVA,

Qazax şəhəri