Alternative content

01:20 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Sabahın alimləri” VII respublika müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“Sabahın alimləri” VII respublika müsabiqəsinin qalibləri mükafatlandırılıblar
ANA SƏHİFƏ / Elm və texnika
01:02 17.02.2018

 

Fevralın 16-da “Sabahın alimləri” VII respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov şagirdlərin elmi yaradıcılığına həsr olunmuş “Sabahın alimləri” VII respublika müsabiqəsinə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib.

Yeddi il ərzində müsabiqənin uğur qazandığını və populyarlaşdığını deyən C.Bayramov diqqətə çatdırıb ki, bu illərdə müsabiqədə ümumilikdə 1.187 nəfər iştirak edib. Onlardan 549-u qızlar, 638-i isə oğlanlar olub. Şagirdlərin sonrakı nailiyyətləri Təhsil Nazirliyi tərəfindən təhlil edilib və müəyyənləşdirilib ki, tədqiqatla məşğul olanlar təhsildə də böyük müvəffəqiyyət qazanır, yüksək balla respublikamızın ali təhsil müəssisələrinə və ya xarici ölkələrin tanınmış universitetlərinə qəbul olunaraq təhsillərini uğurla davam etdirirlər.

Məlumat verilib ki, bu il 79 şagirdin hazırladığı 46 layihə münsiflər heyəti tərəfindən seçilib. Birinci yerə 12 şagird (7 layihə), ikinci yerə 28 şagird (15 layihə), üçüncü yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb edilib.

Sonra səkkiz nominasiya üzrə seçilən qaliblər mükafatlandırılıblar.

Daha sonra bu ilin mayında ABŞ-da keçiriləcək Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək üç layihə müəllifinin adı açıqlanıb. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Builki yarışmasında bölgələrdən olan iştirakçıların sayında ötən illərə nisbətən artım müşahidə edilib. Cari ildə 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib. Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, onlardan 260-ı 150 elmi layihə ilə müsabiqəyə qatılıb. Bunlardan 41-i fərdi, 109-u isə kollektiv layihələrdir. Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri təşkil edir.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilib.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM