Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

20:43 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağsuda kütləvi tibbi müayinədən 79 mindən çox sakin faydalanacaq
Ağsuda kütləvi tibbi müayinədən 79 mindən çox sakin faydalanacaq
ANA SƏHİFƏ / Səhiyyə
04:02 16.02.2018

 

Ölkə əhalisinin kütləvi tibbi müayinədən keçirilməsi ilə əlaqədar fevralın 12-dən başlanan və mayın 12-dək davam edəcək kampaniya Ağsu rayonunda da uğurla aparılır.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu humanist aksiyadan 79 min nəfərdən çox sakin faydalanacaq.

Müayinə rayon mərkəzi xəstəxanasında və 8 həkim məntəqəsində - Gəgəli, Bico, Kəndoba, Ərəbmehdibəy, Kalva, Padar, Qaraqoyunlu və Növcü kəndlərində aparılır. Xəstəxana və həkim məntəqələri hərtərəfli müayinə üçün ixtisaslı həkimlər və lazımi tibbi avadanlıqlarla təchiz olunub. Təşkil edilən 4 səyyar həkim briqadası yerlərdə olur, habelə mərkəzi xəstəxanaya və məntəqələrə gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.

Bu günədək rayon üzrə 3458 nəfər tibbi müayinədən keçib. Onlardan 112 nəfər ambulator, 2 nəfər stasionar müalicəyə cəlb edilib. Daha 2 nəfər isə Bakı şəhərinə, ixtisaslaşdırılan tibb müəssisələrinə göndərilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM